Alternative content

02:14 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilik Fondu maarifləndirmə işini davam etdirir
Bilik Fondu maarifləndirmə işini davam etdirir
ANA SƏHİFƏ / Elm və texnika
12:01 27.01.2018

 

Yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında icra hakimiyyətinin ənənəvi “Məlumat saatı”nda növbəti tədbir keçirilib.

Tədbirdə Bilik Fondunun lektorlar qrupunun üzvü, Milli Məclisin deputatı akademik Nizami Cəfərov “Müstəqil Azərbaycanın dövlət dili siyasəti: reallıqlar və perspektivlər” mövzusunda mühazirə söyləyib.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Bilik Fondu ilə rayon icra hakimiyyətinin həyata keçirdiyi birgə tədbirlər barəsində danışıb, bu tədbirlərin faydalı olduğunu vurğulayıb.

Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyev çıxışında təmsil etdiyi qurumun maarifləndirmə istiqamətində həyata keçirdiyi layihələrdən söz açıb.

Akademik Nizami Cəfərov ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin saflaşdırılmasına xidmət edən sərəncamlarını xatırladaraq Prezident İlham Əliyevin bu xətti uğurla davam etdirdiyini bildirib. Akademik son dövrlər Azərbaycan dilinin orfoqrafiya və orfoepiya bölmələri üzərində dəyişikliklər aparılması ilə bağlı dilçi alimlərin müzakirələrinə toxunub. N.Cəfərov bildirib ki, dilin  saflığının qorunması təkcə alimlərin deyil, hər bir azərbaycanlının borcudur.

Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, bələdiyyələrin ictimai-siyasi və humanitar sektor rəhbərləri, icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəal gəncləri, rayon məktəbliləri akademikə suallar ünvanlayıb və ətraflı cavablar alıblar. 

 

“Azərbaycan”