26 Yanvar 2018 11:01
236
Təhsil
A- A+

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

 

Yanvarın 26-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Tədris Mərkəzinin təməli qoyulub.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov son illərdə ölkəmizdə peşə təhsilinin inkişafına yönəlmiş islahatlar, bu sahədə dövlət siyasətinin əsas istiqamətləri barədə iştirakçılara məlumat verib. Dövlət başçısı tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin həyata keçiriləcək layihələr baxımından əhəmiyyətini söyləyən Ceyhun Bayramov əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsinin vacibliyini qeyd edib.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan və Koreya hökuməti arasında razılaşmaya uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunmaqla nümunəvi təhsil müəssisəsi yaradılacaq. O, həmçinin Peşə Tədris Mərkəzində təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılacağına əmin olduğunu, iqtisadiyyatın inkişafı üçün belə müəssisələrin yaradılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsi vacibdir.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyu ölkələrimiz arasında durmadan inkişaf edən dostluq münasibətlərindən danışıb. Səfir bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Vurğulayıb ki, təməli qoyulan Peşə Tədris Mərkəzi bu  əlaqələrin inkişafına öz töhfəsini verəcək, eyni zamanda,  Azərbaycanda insan resurslarının inkişafı üçün böyük əhəmiyyətə malik olacaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsinin müdiri Nail Fətəliyev iki ölkə arasında əməkdaşlıqdan, təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsindən söz açıb. Diqqətə çatdırıb ki, yeni mərkəz əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasına və işlək peşə təhsili modelinin qurulmasında əhəmiyyətli rol oynayacaq.

Koreya Respublikasının Biliklərin Transferi üzrə Qlobal İnstitutunun prezidenti Kim Dong Man isə qeyd edib ki, Peşə Tədris Mərkəzində çalışan müəllimlər üçün təlimlər keçiriləcək, koreyalı mütəxəssislər tərəfindən dərs vəsaitləri hazırlanacaq.

Qeyd edək ki, layihəyə uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə (ümumilikdə 8 ixtisas) ən müasir maddi-texniki bazanın, Koreya Respublikasının mütəxəssislərinin iştirakı ilə təhsil müəssisəsinin yaradılması nəzərdə tutulur.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video