Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

17:20 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qışda narıncı rəngli meyvələrlə qidalanmaq xüsusilə faydalıdır
Qışda narıncı rəngli meyvələrlə qidalanmaq xüsusilə faydalıdır
ANA SƏHİFƏ / Səhiyyə
11:01 26.01.2018

Günəş işığının olmadığı və ya az olduğu günlərdə günəş rənginə oxşar meyvə-tərəvəzlərlə qidalanmaq orqanizmin normal fəaliyyətinə çox yaxşı təsir göstərir. Narıncı meyvə-tərəvəzlərin-balqabaq, şirin kartof, portağal, ərik, şaftalı, qreypfrut, bibər, yemiş, limon, kök, xurma, naringinin- tərkibində olan böyük miqdarda beta-karotin dərini hamarlaşdırır, ultra-bənövşəyi şüalardan qoruyur, mədə-bağırsağın işini normallaşdırır. Həmin rəngdə olan meyvə-tərəvəz əhvali-ruhiyyəni yüksəldir, orqanizmə enerji verir və susuzluğu yatırır.

AZƏRTAC xəbər verir ki, həkim və diyetoloqlar narıncı rəngli ərzaqları mütəmadi olaraq qida rasionuna daxil etməyi məsləhət görürlər, çünki onlar ürək-damar və xərçəng xəstəliyi riskini xeyli dərəcədə azaldır.

Yerkökü orqanizmin ağ ciyər və ürək xəstəliklərinə qarşı davamlılığına, təzə sıxılmış kök şirəsi isə bağırsağın funksiyasının bərpa olunmasına kömək edir. Onun sayəsində anemiya və halsızlıq zamanı orqanizm çox yaxşı bərpa olur, damarlar xolesterindən təmizlənir.

Şirin kartofun tərkibində mədə və öd kisəsinin işini stimullaşdıran maddələr var, diareya, iştahasızlıq və ya orqanizmin ümumi zəifliyi zamanı çox böyük fayda verir. Həddindən artıq tərləyənlərin ondan istifadə etməsi çox xeyirlidir. Şirin kartofun kökü artrit və revmatizmin müalicə və profilaktikası zamanı istifadə olunur.

Balqabaqdan hazırlanan xörəklər bir çox xəstəliklərin müalicəsi və profilaktikası zamanı məsləhət görülür. Balqabaq lətində çoxlu dəmir, fosfor və mis var. Məhz buna görə ateroskleroz və qanazlığı zamanı qidalanmaq yaxşı profilaktika hesab edilir.

Portağal C vitamini ilə zəngindir və antioksidant xüsusiyyətə malikdir. Portağal pektinlə zəngindir, pektin isə bağırsağın işini yaxşılaşdırır, artıq xolesterini orqanizmdən xaric edir, uzun zaman toxluq hissini saxlayır.

Limonun da tərkibi həmin vitaminlə zəngindir və onun sayəsində qanda xolesterinin səviyyəsini azaldır, maddələr mübadiləsini sürətləndirir.

Yeməkdən əvvəl yeyilən yarım qreypfrut və ya onun şirəsi çəki itkisinə səbəb olur.

Naringi həzmi normallaşdırır, piy yığılmasının qarşısını alır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM