25 Yanvar 2018 06:01
435
PARLAMENT
A- A+

Milli Məclisin komitə iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb

Yanvarın 25-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Hadi Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib.

Əvvəlcə iclasda əmək və sosial siyasət komitəsinin 2017-ci il payız sessiyasının hesabatı və 2018-ci il üçün yaz sessiyasının qanunvericilik işlər planı haqqında müzakirələr aparılıb. Bildirilib ki, 2017-ci ilin payız sessiyası dövründə komitənin fəaliyyəti ərzində altı iclası keçirilib. Həmin iclaslarda 14 məsələ müzakirə edilib, 12 qanun layihəsi Milli Məclisə tövsiyə olunub. Komitəyə 473 sənəd, o cümlədən vətəndaşlardan 389 ərizə, nazirliklərdən və idarələrdən 84 sənəd daxil olub. Komitənin ünvanına daxil olan ərizələr əsasən sosial xarakter daşıyır.

Sonra “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi müzakirə edilib. Komitə sədri Hadı Rəcəbli qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi səkkiz fəsil, 40 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin birinci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir. Həmçinin əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Bu qanun Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə şamil edilir.

Daha sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov qanun layihəsi barədə fikir və təkliflərini səsləndirib. Bildirilib ki, ölkədə psixi xəstəliklərdən əziyyət çəkənlərin sayı 11-12 faiz çoxalıb. Gözdən əlillərin sayı isə 10-12 faizdir. Burada da artım müşahidə olunur. Gözdən əlillik daha çox şəkərli diabetin və digər xəstəliklərin fəsadlarıdır. Nazir müavini qeyd edib ki, hazırda ürək-damar xəstəliklərinə görə əlillik dərəcəsi alan şəxslər əlillər arasında birinci yerdədir. Onkoloji xəstəliklər əvvəllər 6-7 faiz idi. Hazırda bu xəstəliklər əlillər arasında 14 faizə qalxıb.

Layihə müzakirə olunduqdan sonra komitə sədri Hadi Rəcəbli bildirib ki, bu, ilk oxunuş-konseptual oxunuşdur və üzərində müəyyən işlər görüləcək. Milli Məclisin plenar iclasına tövsiyə olunmayan layihə fevralın 13-dək işlənməsi üçün yenidən müvafiq şöbəyə qaytarılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video