25 Yanvar 2018 12:01
389
Səhiyyə
A- A+

Ölkəmizdə qrip epidemiyasının yayılması təhlükəsi yoxdur

Son günlər bəzi kütləvi informasiya vasitələrində Avropada qrip epidemiyasının yayılması, həmin viruslar arasında ən yayğın olanı, KİV-lərdə adı Avstraliya qripi kimi keçən А (H3N2) virusunun yayılması barədə məlumat verilir.

AZƏRTAC-ın müxbiri yoluxucu virusun ölkəmizdə yayılmaq ehtimalı barədə öyrənmək üçün Səhiyyə Nazirliyinin baş epidemioloqu, tibb elmləri doktoru İbadulla Ağayevlə əlaqə saxlayıb. Baş epidemioloq deyib: “Ölkəmizdə qrip epidemiyasının yayılması barədə heç bir məlumat yoxdur. Əgər ayrı-ayrı ərazilərdə tək-tək kəskin respirator xəstəliklərə yoluxanlar varsa, bu, heç də epidemiya yayılması demək deyildir. Yaxud yüz minlərlə, on minlərlə əhalinin içərisində beş-on nəfərin qripə yoluxması epidemiya yayılması barədə “həyəcan təbili” çalmağa əsas vermir.

Səhiyyə nazirinin bu sahədə xüsusi əmri var və regionlarda infeksiyalara yoluxma halları ciddi nəzarət altındadır. Əvvəla, qrip virusuna yoluxmanın olub-olmamasını yalnız həkim müayinəsi təsdiq edə bilər. İkincisi, əgər olsa belə ölkəmizin səhiyyə sistemi, tibb müəssisələri, xəstəxana və poliklinikalar onun qarşısını almaq iqtidarındadır. Ona görə də narahatlığa dəyməz və qrip virusunun yayılması barədə də heç bir təhlükə yoxdur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video