Alternative content

20:43 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Uşaq Qaynar Xətt Xidməti 2017-ci ilin hesabatını açıqladı
Azərbaycan Uşaq Qaynar Xətt Xidməti 2017-ci ilin hesabatını açıqladı
ANA SƏHİFƏ / ELANLAR
01:01 25.01.2018

 

2017-ci ildə 467 uşaq psixoloji, 1958 təhsil, 530 sosial, 283 hüquqi, 18 isə səhiyyə ilə bağlı problem və zorakılıqla üzləşib.

Bu rəqəmlər “Azercell Telekom” MMC-nin dəstəyi ilə yaradılan Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin 2017-ci il üzrə hazırladığı hesabatda əksini tapıb. Təşkilatın təqdim etdiyi hesabata görə, 2017-ci ildə Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə ümumillikdə 3424 müraciət daxil olub. Bu müraciətlərdən 1824-ü şəhərdaxili, 2204-ü  mobil telefon, 15-i isə mobil sms-lə qeydə alınıb. Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə qeyd olunan müddət ərzində daxil olan zənglərin əhatə dairəsi təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Azərbaycanın digər bölgələrindən, eyni zamanda Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Dağıstan, Cənubi Koreya, Avstriya,  Şimali Kipr və Qazaxıstandan da müraciətlər daxil olub. Zənglər üzrə aparılan təhlillərdən çıxan nəticələrə əsasən, uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır. Eyni zamanda müraciət  edənlər arasında şəxsiyyətlərarası konfliktlərdən əziyyət çəkənlər də çoxluq təşkil edir. Məlumat üçün bildirək ki, Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirilməsidir. Azərbaycan Uşaq Qaynar Xətti 2010-cu ildən Beynəlxalq Uşaq Qaynar Xətləri qlobal şəbəkəsinin tamhüquqlu üzvüdür. Bu şəbəkəyə 143 ölkədən 178 uşaq qaynar xətt xidməti daxildir. Beynəlxalq “Uşaq Qaynar Xətləri” təşkilatının hesabatına əsasən, qaynar xətlərə edilən zənglərin sayı hər il orta hesabla 5 faizi artır. Fəaliyyət göstərdiyi bu illər ərzində Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə cəmi 32 708 müraciət daxil olub.  Azərbaycan Uşaq Qaynar Xətt Xidməti fəaliyyətini 24 saat fəaliyyət göstərən iki mobil nömrə, üç şəhərdaxili telefon xətti, bir toll-free nömrə və elektron poçt vasitəsilə həyata keçirir. Bundan əlavə xidmətin Android və İOS telefonları üçün mobil əlavəsi də yaradılıb.

 

“Azərbaycan”