Alternative content

13:45 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Alain Bersetin görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Alain Bersetin görüşü olub
ANA SƏHİFƏ / Səfərlər
11:01 24.01.2018

Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində uğurlu inkişafından məmnunluq ifadə olundu. İsveçrə Prezidenti ölkəsinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını dedi.

Söhbət zamanı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrindən danışıldı. Ölkəmizin artıq mühüm nəqliyyat qovşağına çevrildiyi bildirildi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu vurğulandı. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, həmçinin qarşılıqlı investisiya qoyuluşu, SOCAR şirkətinin İsveçrədəki uğurlu fəaliyyətindən danışıldı.

Görüşdə ölkələrimiz arasında ticarətin həcminin artırılmasının zəruriliyi qeyd olundu, əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin vacibliyi vurğulandı.