24 Yanvar 2018 04:01
384
Səhiyyə
A- A+

Uşaqlarda oynaq ağrıları– diqqət yetirilməsi vacib olan əlamətlər…

Valideynlərin revmatoloqa müraciət etməsinin səbəblərindən biri də uşaqların oynaqlarında olan ağrılardır. Bu ağrıların səbəbləri fizioloji proseslər, yəni uşağın böyüməsi ilə davam edən mübadilə pozğunluqları ilə yanaşı, infeksiyalara da bağlı ola bilər. Eyni zamanda səbəbi müəyyənləşdirilə bilinməyən ağrılar da var. Belə ki, oynaq ağrıları 100-dən çox müxtəlif xəstəliklərdə təsadüf edilir.

Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı Sveta Rəfiyeva universitetin mətbuat xidmətinə bildirib.

Həkim deyib: “Ağrılar bilavasitə, oynaq strukturunda-sinovel qişa, kapsula, sümüklər, bağlar və pereartikulyar toxumada yerləşən sinir uclarının qıcıqlanması nəticəsində meydana çıxır. Oynaq qığırdağı sinir və damara malik olmadığı üçün, onun izolya olunmuş zədələnməsi ağrı ilə müşayət olunmur.

Ağrıların fizioloji proseslərlə bağlılığı əsasən 6-11 yaşlı uşaqlarda müşahidə edilir. Uşaqlar çox vaxt baldır və budda olan əzələ ağrılarından şikayət edirlər. Onların diz oynaqlarından olan şikayətləri isə əsasən gündüz fiziki fəallıqdan sonra artaraq gecələrdə davam edir. Bu səbəbdən uşaq gecə yuxusundan sonra, səhər xoş əhval ruhiyədə olmur və özünü pis hiss edir.

Mübadilə pozğunluqları ilə bağlı ağrılar 6 yaşdan yuxarı uşaqlar üçün xarakterikdir. Bu ağrıların lokalizasiyanın olduğu yer əksər hallarda diz və aşıq topuq oynaqları olur. Bu ağrılar tez-tez şokolad, kakao, paxlalı bitkilər yedikdən sonra güclənərək stress və psixi gərginliyə bağlı səbəblərdən meydana çıxır və gecələr daha intensivləşir. Səhər oyandıqda isə uşaq özünü gümrah hiss edir.

Digər səbəb-infeksiya ilə bağlı oynaq ağrılarında oynaqların şişməsi, qızarması, hərəkət məhdudluğu da meydana çıxa bilər.

Hər bir halda oynaq ağrıları zamanı dəqiq anamnezin, yəni xəstəliyin tarixçəsini dəqiqləşdirmək vacibdir. Bununla yanaşı qanın ümumi analizi, kəskin iltihab göstəriciləri (ASO, SRP) bəzən spesifik analizlər, oynağın rentgeni, kompüter tomoqrafiyası, lazım gəldikdə isə MRT müayinəsi aparılmalıdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video