Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:54 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə Azərbaycan-Koreya parlamentlərarası əlaqələri müzakirə olunub
Milli Məclisdə Azərbaycan-Koreya parlamentlərarası əlaqələri müzakirə olunub
ANA SƏHİFƏ / PARLAMENT
02:01 24.01.2018

Yanvarın 24-də Milli Məclisdə Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Koreya Milli Assambleyasının Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Xanlar Fətiyev bildirib ki, iki ölkə arasında əlaqələr son illər yüksəliş dövrünü yaşayır. O deyib: “Dostluq qrupu kimi Azərbaycana ilk səfərinizi yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu səfəriniz ölkələrimiz arasındakı sıx dostluq münasibətlərinin, eləcə də parlamentlərarası əlaqələrin daha da inkişafına təkan verəcək. Hər iki ölkənin prezidentləri dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə böyük əhəmiyyət verirlər. Yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı mühüm sazişlər imzalanıb. İndiyədək Azərbaycan və Koreya arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 62-yə yaxın hüquqi sənəd imzalanıb. Bunun nəticəsində ikitərəfli əlaqələrimiz yüksələn xətlə inkişaf edir”.

Azərbaycanın regionda siyasi və iqtisadi cəhətdən güclü dövlət olduğunu deyən X.Fətiyev Koreya Respublikası ilə iqtisadi, o cümlədən digər sahələrdə də əlaqələrin genişləndiyini söyləyib.

Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Su bu cür görüşlərin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Azərbaycanın və Koreya Respublikasının tarixində, mədəniyyətində oxşarlıqların çox olduğunu bildirən qonaq iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

Li Myonq Su müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin Koreya-Azərbaycan əlaqələrinin daha da inkişafına müsbət təsir göstərdiyini diqqətə çatdırıb.

Söhbət zamanı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, ağır nəticələri barədə də məlumat verilib. Qeyd olunub ki, artıq 25 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Görüşdə Azərbaycan ilə Koreya Respublikası arasında əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM