Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:06 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanları ilə bağlı vəsaitlər hazırlayıb
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanları ilə bağlı vəsaitlər hazırlayıb
ANA SƏHİFƏ / Təhsil
05:01 23.01.2018

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanlarına hazırlaşanlara kömək məqsədilə “Baza fənləri üzrə test toplusu” məcmuəsini, “İnsan anatomiyası”, “Bioloji kimya” vəsaitlərini nəşr edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “İnsan anatomiyası” Azərbaycan Tibb Universitetinin (ATU) insan anatomiyası fənni üzrə tədris proqramı və DİM-in rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanıb. Vəsait tərtib olunarkən yeni “anatomik nomenklatura”dan istifadə edilib, tədris prosesində qarşıya çıxan konkret problemlərə daha çox diqqət yetirilib.

Vəsaiti http://www.abiturient.az/index.php?status=etrafli&id=663&fenn=&lang=az keçidindən sifariş etmək olar.

“Bioloji kimya” ATU-nun bioloji kimya fənni üzrə tədris proqramı və rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanıb. Vəsait tərtib olunarkən elmin müasir nailiyyətlərindən istifadə edilib, tədris prosesində qarşıya çıxan konkret problemlərə daha çox diqqət yetirilib. Vəsaitdə kimyəvi reaksiyalar zamanı yerini dəyişən atom və ya molekulların, eləcə də bəzi sxemlərin rəngli təsvir olunması, eyni zamanda, mürəkkəb biokimyəvi proseslərin reaksiyalarının sözlə ifadəsinin də verilməsi namizədin öyrəndiyi materialı daha asan qavramasına və yadda saxlamasına şərait yaradacaq.

Vəsaitin elektron versiyası (pdf formatında) DİM-in rəsmi saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edilə bilər (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal ) .

Vəsaitin çap variantını http://www.abiturient.az/index.php?status=etrafli&id=720&fenn=&lang=az keçidindən sifariş etmək olar.

Baza tibb təhsili əsasında rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuş vəsait onların tədris prosesində əldə etdikləri biliklərinin operativ yoxlanılması və qiymətləndirilməsi, testlərlə işləmək vərdişlərinin möhkəmləndirilməsi, tədris olunan mövzuları daha yaxşı mənimsəmələri işinə kömək məqsədilə hazırlanıb. Nəşrdə 2011-2014-cü illərdə qəbul imtahanlarında namizədlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahı da verilib.

Vəsaiti http://abiturient.az/index.php?status=etrafli&id=675&fenn=&lang=az keçidindən sifariş etmək olar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM