Alternative content

08:41 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsa Həbibbəyli: Yeni yaradılmış sayt Azərbaycan dili barədə məlumatların əldə edilməsinə imkan verəcək
İsa Həbibbəyli: Yeni yaradılmış sayt Azərbaycan dili barədə məlumatların əldə edilməsinə imkan verəcək
ANA SƏHİFƏ / Elm və texnika
04:01 23.01.2018

Yanvarın 23-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının - www.azerbaycandili.az saytının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli saytın “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın müvafiq müddəaları əsasında Dilçilik İnstitutu tərəfindən yaradıldığını diqqətə çatdırıb. Saytın texniki baxımdan standartlara cavab verdiyini vurğulayan akademik deyib: “Bu işin böyük praktik əhəmiyyəti var. Alimlər, sadə vətəndaşlar sayt vasitəsilə Azərbaycan dili, dilimizin qrammatikası və s. məsələlər barədə müfəssəl məlumat əldə edə bilərlər”.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu saytın əhəmiyyətindən danışaraq qeyd edib ki, bu internet resursu Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. O deyib: “Azərbaycan Xalq Cümhuriyyəti və müstəqillik dövrlərində dövlət dili ilə bağlı qəbul edilmiş qərarlar, sərəncamlar saytda yer alıb. Gələcəkdə sayt daim yenilənəcək”.

Saytda “Dil haqqında”, “Qanunlar”, “Azərbaycan dilçiləri” və “Dilçilik kitabxanası” bölmələri var. Burada, həmçinin Azərbaycan dilinin izahlı lüğəti, habelə müxtəlif lüğətlər və ədəbiyyatların elektron variantları yer alıb.