22 Yanvar 2018 07:01
254
Elm və texnika
A- A+

ABŞ fləş-kart ölçüsündə kompüter təqdim edib

ABŞ-ın “Q-Stick” şirkəti adi fləş-kart ölçüsündə kompüter hazırlayıb. Mini-qadcet yeddi saniyə ərzində “Windows”, “Android” və ya “Linux” əməliyyat sistemini işə salaraq, istənilən televizoru fərdi kompüterə çevirməyə imkan verir.

AZƏRTAC “rambler.ru” saytına istinadla xəbər verir ki, qurğu “Intel HD” qrafikasını, həmçinin 4K yayımını dəstəkləyir. Bundan başqa, kompüter 8 Gb əməli yaddaş, Bluetooth 4.1, Wi-Fi, bir neçə USB-konnektor və yaddaş kartı konnektoru ilə təchiz edilib.

Göy və qırmızı rənglərdə əlçatan olan “Q-Stick” kompüterini “Indiegogo” kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasından əldə etmək olar. Qurğunun baza versiyasının qiyməti 129 dollardır. “Blaze Pro” isə alıcılara 179 dollara başa gələcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video