22 Yanvar 2018 07:01
375
Elm və texnika
A- A+

İçməli suyun istifadəyə yararlılığını yoxlayan test hazırlanıb

Böyük Britaniyanın Bat Universitetinin ekspertləri tərəfindən içməli suyun istifadəyə yararlılığını yoxlayan birdəfəlik test hazırlanıb. Mütəxəssislər bu testin Afrika ərazisində yaşayan minlərlə insanın həyatını xilas edəcəyini vurğulayırlar.

AZƏRTAC Rusiyanın “Aktualnıye novosti” saytına istinadla xəbər verir ki, yeni işləmə qrafit elektrodlu və elektrikkeçirici bakteriya təbəqəli kağızı xatırladır. Zolaq öz rəngini zəhərli kimyəvi maddə, ağır metal, herbisid və digər gözlə görünməyən əlavələrlə reaksiya zamanı dəyişir. Lakmus kağızına bənzəyən testerin rənginin dəyişməsi suyun tərkibindəki zərərli qatqıların mövcudluğundan xəbər verir.

“WaterAid”in apardığı qiymətləndirməyə əsasən indiki dövrdə Yer kürəsinin 850 milyon sakini təmiz su çatışmamazlığından əziyyət çəkir. Bu cür testləri inkişaf etmiş ölkələrin ərazisində də tətbiq etmək mümkündür. Test ucqar yaşayış ərazilərində suyun keyfiyyətini müəyyənləşdirməyə imkan verəcək, həmçinin turist və xilasedicilərə içməli su ehtiyatlarının çirklənməsinə səbəb olan fövqəladə hallar zamanı kömək göstərəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video