Alternative content

21:29 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib
Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
04:01 22.01.2018

Yanvarın 22-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Əhliman Əmiraslanov gündəlikdəki məsələlər barədə məlumat verib.

Əvvəlcə iclasda Milli Məclisin səhiyyə komitəsində 2017-ci il payız sessiyası dövründə görülən işlər üzrə hesabat və 2018-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işlər planı ilə bağlı müzakirələr aparılıb.

Komitə sədri Əhliman Əmiraslanov 2017-ci il payız sessiyası dövründə görülən işlər barədə məlumat verib. Bildirib ki, hesabat müddətində səhiyyə komitəsinin dörd iclası keçirilib, altı məsələ müzakirə olunub və onlardan dördü qanun layihəsidir.

Hesabat dövründə komitəyə 191 ərizə və şikayət daxil olub. Ərizə və şikayətlər əsasən vətəndaşların ödənişsiz əməliyyatlar, müalicə, ev və işlə təmin olunması, əfv məsələləri haqqında müraciətlərdir. Bundan başqa, payız sessiyası dövründə komitədə bir sıra görüşlər, tədbirlər və iclaslar keçirilib.

Sonra iclasda “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, Qanuna təklif olunan dəyişiklik texniki xarakterlidir və 14 yaşı tamam olmamış şəxslərin həyat və sağlamlığına ziyan vurulmamasını nəzərə alaraq dərman vasitələrinin buraxılmasının qadağan edilməsi məqsədi daşıyır.

Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirə olunan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.