Alternative content

01:47 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İslam Cabbarov: Pəhriz saxlamaqla bir çox xəstəlikləri müalicə etmək mümkündür
İslam Cabbarov: Pəhriz saxlamaqla bir çox xəstəlikləri müalicə etmək mümkündür
ANA SƏHİFƏ / Səhiyyə
03:01 22.01.2018

Uzunömürlü və sağlam yaşamaq istəyən düzgün qidalanmalı, müntəzəm fiziki işlə məşğul olmalıdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində 91 yaşlı Naxçıvan şəhər sakini İslam Cabbarov deyib.

Uzunömürlülüyünün sirləri barədə danışan İslam kişi il ərzində 150 gün pəhriz saxladığını, hər gün bir neçə kilometr piyada gəzdiyini söyləyib. Qeyd edib ki, pəhriz saxlamadığı günlərdə isə yalnız nahar yeməyi ilə kifayətlənib. O, pəhriz saxlamaqla bir çox xəstəlikləri müalicə etməyin mümkün olduğunu bildirib.

İslam Cabbarov 1927–ci ildə Qərbi Azərbaycanın Zəngibasar bölgəsində anadan olub, 1940-cı ildə ailəsi ilə Şərur rayonunun Aralıq kəndinə köçüb. Yaşadığı mühitin də insanın uzunömürlü olmasına təsir göstərdiyini qeyd edən İslam Cabbarov Naxçıvanın havasının, suyunun təmizliyini xüsusi vurğulayıb.

Yeddi övladı, 12 nəvəsi, 15 nəticəsi olan İslam kişi yaşının çox olmasına baxmayaraq, nəvə-nəticələrinin hamısının adını yadında saxlaya bilir. İmkanı daxilində yüngül idmanla da məşğul olduğunu deyən İslam Cabbarov, gözlərinin yaxşı gördüyünü və yaddaşının iti olduğunu söyləyir.

O, asudə vaxtlarında mütaliə etməyi və şeir yazmağı da xoşlayır.