Alternative content

16:01 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oturub-durma hərəkətinin faydası
Oturub-durma hərəkətinin faydası
ANA SƏHİFƏ / Səhiyyə
12:01 22.01.2018

Fiziki hərəkətlər sağlam həyat tərzinin ayrılmaz hissəsidir və bəzən hamıya məlum olan ən adi hərəkətlər çox böyük fayda gətirir. Oturub-durma da belə hərəkətlərdəndir. Bodibildinq və pauerliftinqdə, xoreoqrafiya və müalicəvi bədən tərbiyəsində oturub-durma hərəkəti mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC tibb mətbuatına istinadla xəbər verir ki, oturub-durma zamanı ayaqdakı və onurğa ətrafındakı bütün əzələlər, baldır, bud və bel əzələləri, dizaltı vətərlər gərgin işləyir, hətta qarın nahiyəsinin aşağı əzələlərinə də müəyyən qədər yük düşür. Bununla belə, oturub-durma hərəkətinə münasibət heç də həmişə birmənalı olmayıb. Hətta həmin hərəkətin diz əzələlərinə mənfi təsir etdiyi, vətərlərinin dartılmasına və qırılmasına, dizin taqətdən düşməsinə və ağrımasına səbəb olduğu barədə ehtimallar səsləndirilib. Vaxtilə Amerika ordusunda oturub-durma fiziki hərəkətlər siyahısından çıxarılıb. Lakin XX əsrin sonlarında aparılan tədqiqatlar oturub-durmanın təhlükəsiz və faydalı hərəkət olduğunu təsdiqləyib.

Oturub-durma hərəkəti rəvan, yumşaq, sıçrayışsız, tələsmədən, dartınmadan yerinə yetirilməli və ağrı əmələ gətirməməlidir. Ağrı hiss ediləndə hərəkəti dayandırmaq və dincəlmək lazımdır. Buna görə də birdəfəyə çox oturub-durmaq məsləhət görülmür. Ən yaxşısı, həmin hərəkəti hərəsində 10 oturub-durma olmaqla 3 dəfəyə yerinə yetirməkdir.

Oturub-durma zamanı ayağın altı tam döşəmənin üstündə olmalıdır, pəncə və daban üstə dayanmaq müvazinəti itirilmək və yıxılmaqla nəticələnər. Hər səhər qaydalara uyğun olaraq oturub-durma hərəkətini yerinə yetirməklə gün ərzində özünü gümrah hiss etmək olar.