Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:48 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rektor: “Türk dünyasında türkoloji dərgiləri” adı altında konfrans keçirmək niyyətindəyik
Rektor: “Türk dünyasında türkoloji dərgiləri” adı altında konfrans keçirmək niyyətindəyik
ANA SƏHİFƏ / Elm və texnika
04:01 19.01.2018

Dünyanın müxtəlif ölkələrində türkologiyaya dair jurnallar çıxır. Biz o jurnalların redaktorlarını Bakıda toplamaq və “Türk dünyasında türkoloji dərgilər” adı altında konfrans keçirmək niyyətindəyik. Bu böyük tədbirin iki ildən bir keçirilməsi planlaşdırılır. Həmin tədbirdə türkologiya sahəsində ciddi işlər görmüş alimlərə mükafatların verilməsi də nəzərdə tutulur.

Bunu yanvarın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin yeni təyin olunmuş direktoru, türkoloq Cihan Özdəmirlə görüşündə deyib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Kamal Abdulla indiyədək yüksək səviyyədə qurulmuş əlaqələrin bundan sonra daha da inkişaf etdiriləcəyinə əmin olduğunu söyləyib. Rektor təəssüflə bildirib ki, türk dili, tarixi, mədəniyyəti, ədəbiyyatı kimi mövzuları özündə birləşdirən türkologiya elmi birləşdirici mövqedən çıxış edə bilmir, hər ölkə ayrıca olaraq bu istiqamətdə müəyyən işlər görür. O vurğulayıb ki, bu cür yanaşma düzgün deyil və türkologiyanın birləşdirici mövqedən çıxış etməsi üçün konkret addımların atılmasına ehtiyac var.

Azərbaycanda “Türkologiya” jurnalının buraxıldığı, jurnalın beynəlxalq səviyyədə uğurlar qazandığı qonağın diqqətinə çatdırılıb.

Türkologiya elmindəki xidmətlərinə, ciddi təşəbbüslərinə görə Kamal Abdullaya təşəkkür edən Cihan Özdəmir ADU-da olmaqdan məmnunluğunu dilə gətirib. Azərbaycanda ilk dəfə olduğunu söyləyən qonaq ölkəmizin yüksək səviyyədə inkişafının onda xoş təəssürat yaratdığını diqqətə çatdırıb.

Cihan Özdəmir türkologiya ilə bağlı Azərbaycanda beynəlxalq tədbirin keçirilməsi təşəbbüsünü alqışlayıb, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi ilə ADU-nun əlaqələrinin daha yüksək səviyyəyə çatacağına əmin olduğunu deyib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM