Alternative content

07:30 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya Turizm Təşkilatında sədrlik Azərbaycandan Argentinaya keçib
Dünya Turizm Təşkilatında sədrlik Azərbaycandan Argentinaya keçib
ANA SƏHİFƏ / Turizm
11:01 19.01.2018

Dünya Turizm Təşkilatının İcraiyyə Şurasında (DTT İŞ) sədrliyin 2018-ci ildə Argentinaya keçməsi ilə əlaqədar təntənəli mərasim təşkil olunub.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Azərbaycanda turizmin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib, bu baxımdan ölkəmizin 2017-ci ildə İcraiyyə Şurasına uğurla sədrlik etdiyini bildirib.

Argentinanın sədrliyinin də turizmin inkişafına töhfəsini verəcəyinə əminliyini ifadə edən səfir Anar Məhərrəmov bu əlamətdar hadisə ilə bağlı təsis edilmiş rəmzi lövhəni Argentinanın turizm naziri Gustavo Santosa təqdim edib.

Diplomat 2017-ci ildə DTT İŞ sədri olan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin səmimi salamlarını və təbriklərini Gustavo Santosa çatdırıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

AZƏRTAC