14 Sentyabr 2011 02:09
967
Milli Məclis
A- A+

Milli Məclisdə görüş

 

Sentyabrın 13-də Milli Məclis Sədrinin müavini Bahar xanım Muradova ölkəmizdə səfərdə olan UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional nümayəndəliyinin direktor müavini xanım Kirsi Madi ilə görüşdü.

Bahar Muradova ölkəmizin UNİCEF-lə əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etdi. Bildirdi ki, Milli Məclis UNİCEF-lə münasibətlərinə xüsusi önəm verir. Bu təşkilatın xətti ilə Azərbaycanda bir sıra maraqlı layihələr uğurla həyata keçirilmiş və bu sahədə işlər davam etdirilir.

Qeyd olundu ki, bu gün dünyadakı səhiyyə problemlərinin mövcudluğu şəraitində Azərbaycanda səhiyyə sahəsində ciddi işlər görülüb. Sədr müavini ölkəmizdə uşaqların təhsili, onların sağlamlığının qorunması, Milli Məclislə UNİCEF arasında qanun yaradıcılığı sahəsində əməkdaşlıq istiqamətlərində həyata keçirilmiş tədbirləri yüksək qiymətləndirdi.  Bahar Muradova bu təşkilatla Azərbaycanın qarşılıqlı əməkdaşlığının gələcəkdə hər iki tərəfə daha əhəmiyyətli töhfələr verəcəyinə əminliyini ifadə etdi.

Səmimi sözlər üçün təşəkkürünü bildirən xanım Kirsi Madi diqqətə çatdırdı ki, təmsil etdiyi təşkilatla Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq şəraitində bugünədək həqiqətən də böyük işlər görülüb. Qonaq hazırlanma mərhələsində olan "Sosial xidmətlər haqqında" qanun layihəsinin qəbulundan sonra Azərbaycanda mövcud sahədə vəziyyətin daha da yaxşılaşacağına inandığını dedi. Qeyd olundu ki, UNİCEF əməkdaşlıq etdiyi ölkələrdə parlament qurumlarına xüsusi önəm verir və onlarla sıx əməkdaşlıq edir.

Söhbət zamanı görüşdə iştirak edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli yaxın gələcəkdə sosial sahədə qəbul olunması nəzərdə tutulan qanun layihələri barədə məlumat verdi. Bildirdi ki, ölkəmizin körpələrin qidalanması ilə bağlı qanununun BMT-də model qanun kimi qəbul edilməsi UNİCEF-lə uğurlu əməkdaşlığımızın nəticəsidir.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin mətbuat xidməti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video