18 Yanvar 2018 04:01
405
Səhiyyə
A- A+

Termometr sınanda...

Ən çox narahatlıq doğuran məsələlərdən biri bədən hərarətinin ölçülməsi zamanı və ya ehtiyatsızlıq nəticəsində termometrin sınmasıdır. Həmin hal baş verdikdə nə etmək lazımdır?

AZƏRTAC həkim və mütəxəssislərin rəyinə əsasən həmin halla üzləşəndə nə etmək lazım olduğu barədə bir sıra vacib məsləhətləri nəzərə çatdırır.

Sınmış termometrin içindəki civə dərhal axır və kiçik kürəciklər şəklində ətrafa yuvarlanır. Civə buxarlanıb nəfəslə orqanizmə daxil olur və ciddi təhlükə yaradır. Otağın temperaturu yüksəldikcə civə daha tez buxarlanır. Ona görə də otağın temperaturunu mümkün qədər azaltmağa çalışmaq lazımdır. Evin bütün pəncərələri açılır, sərinkeş "soyuq" rejimə qoşulur, otaqda olan istilik sistemi söndürülür və həmin tədbirlər civənin buxarlanmasının intensivliyini azaldır. Civəni yığmaq üçün tozsoran və ya yaş əskidən istifadə etmək olmaz, bu məqsədlə “skoç” və ya plastrdan istifadə etmək daha yaxşıdır. Havada civənin konsentrasiyasını ölçmək və onun qalıqlarını xaric etmək üçün sanitar-epidemioloji xidmət mütəxəssisi çağırmaq lazımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video