Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:48 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Körpənin immunitetinin möhkəmləndirilməsinə lap erkən vaxtlardan başlanılmalıdır
Körpənin immunitetinin möhkəmləndirilməsinə lap erkən vaxtlardan başlanılmalıdır
ANA SƏHİFƏ / Səhiyyə
11:01 18.01.2018

Bəzən analar yanlış olaraq elə hesab edirlər ki, uşağı pal-paltara, isti geyim və yorğan-döşəyə bürüməklə guya onu xəstəlikdən qorumuş olurlar. Əslində isə bərk-bərk bürüyərək əzizlədikləri körpənin orqanizmində immunitet zəifliyi yaradırlar. Təəssüf ki, analar arasında lap erkən yaşlardan onu möhkəmləndirmək qayğısına qalanlar az olur.

Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədovanın AZƏRTAC-ın müxbirinə dediyinə görə, uşağın immunitetinin möhkəmlənməsinə onun doğulduğu ilk gündən başlamaq məsləhətdir. Bunun üçün ilk növbədə körpəni qədərindən artıq geyindirməmək lazımdır. Analar uşağı çox geyindirməklə onun sağlamlığına ziyan vurmuş olurlar. Təcrübə göstərir ki, körpə doğulan gündən yüngül bələnəndə, sonrakı dövrlərdə döşəmədə iməkləməyə, otaqda ayaqyalın gəzməyə öyrənəndə daha möhkəm və sağlam böyüyür. Əlbəttə ki, hər şeydə bir hədd gözləmək lazımdır. Uşaq üşüyərsə və nəticədə tez-tez xəstələnərsə, onun immuniteti zəifləyə bilər.

Pediatrın söylədiyinə əsasən, yenidoğulmuş körpənin immunitetini möhkəmləndirmək üçün ona hər gün hava vannaları qəbul etdirmək lazımdır. Uşaq evə gətirildiyi gündən həmin vannaların qəbuluna başlamaq olar. Gün ərzində iki dəfə uşağı soyunduraraq 1-2 dəqiqə lüt saxlamaq da faydalıdır. Bir aylığından sonra həmin vaxtı 5, altı aylığına çatanda 10, 1 yaşında isə 15 dəqiqəyə çatdırmaq lazımdır. Həmin vaxt otağın temperaturu 22-23 dərəcə isti olmalıdır. Hətta soyuq olmayanda uşağı tədricən, nəfəslik pəncərəsini açaraq otaqda paltarsız qalmağa öyrəşdirmək lazımdır.

Həkim qeyd edib ki, gəzintiyə çıxararkən uşağa geyindirilən paltar qatlarının sayı valideynin geyindiyindən bir qat artıq olmalıdır. Uşaq gəzməyə, daha sonra isə qaçmağa başlayanda onun hərəkətliliyini də nəzərə almaq lazımdır. Bir yerdə qərar tutmayan uşağın “soyuqdan donması” böyüklərə nisbətən daha az ehtimal olunur. Ona görə də uşağın paltarlarının qat sayı artıq yox, valideyndəki qədər olması kifayətdir. Tərləməsi üçün onun geyindiyi paltarların təbii materiallardan olması daha yaxşıdır. Yadda saxlamaq lazımdır ki, tərləyən uşağın xəstələnmək ehtimalı çox yüksək olur.

Onun dediyinə görə, əksər ailələrdə uşağa ayaqyalın gəzməyə icazə verilmir. Əslində isə dərindən düşünməyərək uşağı orqanizmi möhkəmləndirməyin vacib üsullarının birindən məhrum edirlər. Müşahidələr göstərib ki, ayaqyalın gəzən uşaqların immuniteti xeyli dərəcədə yüksək olur. Ayaq pəncələrinin altında çoxlu bioloji aktiv nöqtələr var və onların mexaniki və fiziki şəkildə stimulyasıyası orqanizmin immunitetini yüksəldir. Lakin bu zaman onu da nəzərə almaq lazımdır ki, uşağı yayda ayaqyalın, qışda isə nazik corablarla gəzməyə alışdırmaq üçün bunu körpənin gəzməyə alışdığı ilk günlərdən və həm də sistematik şəkildə etmək vacibdir. Dəniz qumu və dəniz çınqılı üzərində ayaqyalın gəzmək olduqca faydalıdır. İmmunitetin möhkəmləndirilməsindən əlavə bu, həm də yastıpəncəliyin ən yaxşı profilaktikası və hətta müalicə üsuludur.

İlin soyuq fəsillərində evdə xüsusi “trenajor” düzəltmək olar- vannaya qum və xırda çınqıl tökülərək körpə həmin qum üzərində gün ərzində bir neçə dəfə ayaqyalın “gəzdirilir”. İmmunitetin möhkəmləndirilməsi üçün daha bir “trenajor”- xüsusi masaj xalçasının üzərində gəzməkdir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM