Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

17:49 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AMEA-nın doktorantı Dağlıq Qarabağ həqiqətlərini fransız dilində dünya ictimaiyyətinə çatdırıb
AMEA-nın doktorantı Dağlıq Qarabağ həqiqətlərini fransız dilində dünya ictimaiyyətinə çatdırıb
ANA SƏHİFƏ / Elm və texnika
05:01 17.01.2018

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun doktorantı, hazırda Fransanın Strasburq Universitetində ezamiyyətdə olan Səid Musayevin “Dağlıq Qarabağ ətrafında yeni meydan oxuma realizmdən praqmatizmə doğru” sərlövhəli elmi məqaləsi dərc olunub.

Beynəlxalq “İRS” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar fransız dilində nəşr edilən xüsusi nömrəsində dərc olunan bu məqalədə Dağlıq Qarabağ münaqişəsi hüquqi kontekstdə geniş təhlil edilib. Azərbaycanın və Ermənistanın dövlət başçıları arasında Cenevrədə aparılan son danışıqların münaqişənin həlli istiqamətində yeni mahiyyəti, eləcə də erməni tərəfin danışıqlar prosesi ilə bağlı Ermənistan ictimaiyyətində yaratdığı çaşqınlıq ifşa olunur.

Bu məqalə vasitəsilə Fransada ictimaiyyət Ermənistandan azad olunacaq beş rayonla yanaşı, Kəlbəcər və Laçının yeni danışıqlar formatında mərhələli geri alınması, eləcə də Dağlıq Qarabağda BMT-nin və ATƏT-in Minsk qrupunun birgə təşkil edəcəyi gələcək referendumun əsas şərtləri ilə bağlı geniş məlumatlandırılır.

Cenevrədə Prezident İlham Əliyevin praqmatik danışıqları nəticəsində işğalçı ölkənin rəhbərliyinin də Azərbaycanın siyasi gücünü etiraf etdiyini vurğulayan müəllif münaqişənin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə həllinin regionda sülh və əmin-amanlığın möhkəmləndirilməsinə müsbət təsir göstərəcəyini bildirib. İşğalçı ölkə üçün Dağlıq Qarabağdakı ermənilərlə yeganə nəqliyyat-kommunikasiya dəhlizinin Azərbaycanın Kəlbəcər və Laçın rayonlarından keçdiyini diqqətə çatdıran müəllif Ermənistanın əslində bu separatizmdən qazanc əldə etmədiyini, əksinə, öz-özünü təcrid etdiyini vurğulayıb. İlk növbədə yeddi rayonun qaytarılmasına dair Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması ilə Kəlbəcər və Laçının orada yerləşdiriləcək beynəlxalq sülhyaratma missiyasının nəzarətində mərhələli şəkildə Azərbaycana təhvil veriləcəyi bildirilir.

Məqalədə qeyd olunur ki, dövlətimizin Azərbaycan və Ermənistan əhalisi arasında sülh prosesi və bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıdışı ilə bağlı strategiya planı tərtib olunub, bu ölkədə ermənilərə qarşı heç bir irqi, yaxud milli ayrı-seçkilik yoxdur. Bu məqsədlə 2016-cı il dekabrın 6-da Bakıda hər iki ölkənin ziyalıları tərəfindən Azərbaycan-Ermənistan Sülh Platformasının təsis olunmasının beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanması oxucuların diqqətinə çatdırılır.

“Dağlıq Qarabağ ətrafında yeni meydan oxuma realizmdən praqmatizmə doğru” sərlövhəli yazıda Ermənistanın regionda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə, “Cənub Qaz Dəhlizi” layihəsinə, TANAP, TAP kimi qitələrarası nəhəng enerji və nəqliyyat dəhlizlərinə qoşulmasının Dağlıq Qarabağ münaqişəsinin konstruktiv həlli ilə birbaşa bağlı olması oxuculara çatdırılır. ATƏT-in Helsinki Yekun Aktının torpaqların ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücün tətbiqinin qadağan olunması ilə bağlı beynəlxalq hüququn əsas prinsiplərinin işğalçı Ermənistan tərəfindən hələ də pozulması faktı kəskin pislənilir.

Məqalənin tam mətni ilə http://irs-az.com/new/files/2018/206/2621.pdf linkində tanış olmaq mümkündür.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM