Alternative content

10:53 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AMEA və Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb
AMEA və Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb
ANA SƏHİFƏ / Elm və texnika
04:01 17.01.2018

Parisdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq haqqında çərçivə, dissertasiya və maliyyələşmə haqqında əməkdaşlıq sazişləri imzalanıb.

Sazişləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Montpellier Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fransua Henn imzalayıblar.

Sazişlərə əsasən azərbaycanlı gənclər AMEA ilə yanaşı, biomedisina və energetika sahələrində doktorantura səviyyəsində Montpellier Universitetində də təhsil alacaqlar. Sonda gənc alimlər hər iki təhsil ocağının diplomuna yiyələnəcəklər.

Qeyd edək ki, bu, iki ölkə arasında doktorantura səviyyəsində ilk əməkdaşlıq sazişidir.

 

AZƏRTAC