Alternative content

14:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın tanınmış plastik və rekonstruktiv cərrahına məxsus əməliyyat üsulu ABŞ dərsliyinə salınıb
Azərbaycanın tanınmış plastik və rekonstruktiv cərrahına məxsus əməliyyat üsulu ABŞ dərsliyinə salınıb
ANA SƏHİFƏ / Səhiyyə
04:01 17.01.2018

ABŞ-ın Florida Tibb Kolleci Universitetinin dosenti, çənə-üz cərrahiyyəsi şöbəsinin rəhbəri, mikrovaskulyar cərrahiyyənin direktoru Rui Fernandesin müəllifi olduğu “Baş və boyun nahiyəsi rekonstruksiyası üzrə cərrahiyyədə yerli və regional fleplər. Praktiki yanaşma” dərsliyinə Azərbaycanın tanınmış plastik və rekonstruktiv cərrahı Vaqif Qələndərə məxsus cərrahiyyə üsulu ayrıca fəsil kimi daxil edilib.

Azərbaycan Tibb Universitetindən (ATU) AZƏRTAC-a bildiriblər ki, dərsliyin 20-ci fəsli həmvətənimizin yaratdığı “Süd vəzinin fasial-dəri fleb diaqnozlu daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” mövzulu bölməyə həsr olunub. Burada azərbaycanlı cərrahın yaratdığı və neçə illərdir tətbiq etdiyi xüsusi metodikadan bəhs edilir.

Bu barədə danışan V.Qələndər deyib: “1999-cu ildən Səhiyyə Nazirliyinin və ATU-nun xüsusi icazəsi ilə, Azərbaycan məhkəmə tibbi ekspertizasının morqunda yeni insan meyitləri üzərində aparılan araşdırmalar nəticəsində öz təsdiqini tapan bu üsul, sonralar canlı insanlarda tətbiq edilməyə başlanıb. Beləliklə süd vəzinin və döş qəfəsi toxumalarının yenidən bərpası üçün yeni yanaşma ortaya qoyan metodika yaradılıb. 1999-cu ilin sentyabrın 29-da Kuşadasında keçirilən Dünya Plastik-Rekonstruktiv Cərrahiyyə Konqresinə təqdim olunan bu ixtira 360 yenilik içərisindən seçilərək beynəlxalq mükafat və diploma layiq görülüb”.

Bu cərrahiyyə üsulu haqqında dünyanın bir sıra nüfuzlu tibbi jurnallarında məlumatlar nəşr olunub, müxtəlif ölkələrdə tətbiq edilib.

Qeyd edək ki, V.Qələndər ATU-da plastik və rekonstruktiv cərrahiyyə ixtisası üzrə təhsil alan tələbələr və rezidentlər üçün hazırlanmış ilk dərs vəsaitlərinin müəllifidir. Cərrahın özünə məxsus altı yeni cərrahiyyə üsulu və 78 elmi əsəri xarici ölkə jurnallarında nəşr olunub, müxtəlif konfranslarda ictimaiyyətə təqdim edilib. Cərrah 30-dan çox xarici ölkədə keçirilən elmi konfranslarda məruzəçi qismində çıxışlar edib. Bundan əlavə V.Qələndər bir çox mürəkkəb əməliyyatları müvəffəqiyyətlə icra edib.

Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədri olan V.Qələndər Bakıda plastik və rekonstruktiv cərrahiyyə üzrə üç beynəlxalq konfransın bilavasitə təşəbbüskarı və təşkilatçısı olub. O, eyni zamanda Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvüdür.