Alternative content

23:02 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BDU ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb
BDU ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb
ANA SƏHİFƏ / Təhsil
03:01 17.01.2018

Yanvarın 17-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəb ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə sosial müdafiə sisteminin möhkəmləndirilməsindən, sosial qanunvericilik bazasının təkmilləşdirilməsinin əhəmiyyətindən danışıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının ölkədə etibarlı sosial müdafiə sisteminin qurulmasına geniş imkanlar yaratdığını diqqətə çatdırıb.

S.Müslümov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, BDU ilə əməkdaşlığın səmərəli olacağına əminliyini bildirib.

Sonra iki qurum arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.