Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:11 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün unudulmaz anları
Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün unudulmaz anları
ANA SƏHİFƏ / Elm və texnika
12:01 17.01.2018

Yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımlar” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir görkəmli ədəbiyyatşünas alim, Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, akademik Məmməd Cəfər Cəfərovun xatirəsinə həsr olunub.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan estetik fikir və ədəbi tənqidinin görkəmli nümayəndəsi Məmməd Cəfər Cəfərovunun elmi fəaliyyətindən söz açıb. Bildirilib ki, M.C.Cəfərov yazıçıların yaradıcılığı haqqında ədəbi-tənqidi məqalələrin, Azərbaycan ədəbiyyatının tarixinə və nəzəriyyəsinə həsr olunan əsərlərin, aktual ədəbi, estetik və pedaqoji problemlərə aid kitabların müəllifidir. Ömrünün 60 ilini ölkəmizdə ədəbi-nəzəri fikrin inkişafına həsr edən alimin XIX əsr rus ədəbiyyatının Azərbaycan oxucusuna çatdırılmasında da əvəzsiz xidmətlər göstərib. Akademik Məmməd Cəfər Cəfərovun elmi fəaliyyətinin 40 illik bir dövrü AMEA ilə bağlı olub. Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinə təxminən iyirmi il rəhbərlik etmiş Məmməd Cəfər Cəfərov həm də bu şöbənin yaradıcısı və ilk müdiri olub.

Çıxış edənlər ömrünü Azərbaycan ədəbiyyatşünaslıq elminin aktual problemlərinin tədqiqinə həsr edən alimin zəngin yaradıcılığından söz açıblar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM