17 Yanvar 2018 11:01
378
Səhiyyə
A- A+

Tibbi bankalar: faydalıdır, yoxsa ziyanlı?

Tibbi bankalardan ilk dəfə çinlilər istifadə etməyə başlayıb. Onların fikrincə, həmin prosedur orqanizmin xarici mühitin zərərli amillərinə qarşı müqavimətini artırır, qan dövranını aktivləşdirməklə həyat enerjisini yüksəldir. Banka bədənə qoyulanda dərinin bir hissəsi onun içərisinə sorulur, nəticədə bədənin həmin hissəsində qanın dövranı yaxşılaşır, hüceyrələr yenilənir, mübadilə prosesləri sürətlənir.

AZƏRTAC xəbər verir ki, postsovet ölkələrində banka qoyulması prosedurundan indi də istifadə edilir. Bizim ölkəmizdə də banka qoyulması çox geniş yayılıb. Lakin bir sıra ölkələrdə, o cümlədən ABŞ-ın səhiyyə sistemində tibbi bankalardan istifadə qadağan olunub. Təəssüf ki, həmin müalicə üsulu barədə həkimlərin ortaq mövqeyi yoxdur və onların fikirləri haçalanır.

Bir sıra həkimlərin fikrincə, tibbi bankalar qoyulması ilə təkcə soyuqdəymə deyil, həmçinin kəskin mərhələ keçəndən və temperatur azalandan sonra bronxit və pnevmoniyalar da müalicə olunur, onun baş ağrısı, qarın, bel, kürək və oynaq ağrıları zamanı da faydalı olduğu hesab edilir. Müasir Çin təbabəti hələ də başgicəllənməsi, öskürək, bronxial astma, hətta ishalın müalicəsində də banka qoyulmasının faydasını istisna etmir.

Müxtəlif ölçü və quruluşa malik bankalardan qoyulması ilə aparılan vakuum-müalicələr indinin özündə də aktualdır. Tibbi bankalarla müalicənin tərəfdarlarınin qənaətinə görə, osteoxondroz, əzələ spazmı, radikulit, lümbaqo, bronxit, xroniki pnevmoniya, bronxial astma, mədə və onikibarmaq bağırsaq xəstəliklərində onun faydalı təsiri var.

Banka prosedurunun ən mənfi cəhətlərindən biri onların yerində qalan ləkələrdir. Həmin ləkələr adi qançırı xatırlatsa da, gec sorulur. Vakuum-qradient müalicəsi ilə məşğul olan həkimlərin fikrincə, bankadan sonra qalan ləkə hematoma deyil, qanın damar divarından toxumalara sızmasıdır. Onun tərkibində təkcə qan elementləri deyil, həmçinin plazma zülalları, bioloji aktiv maddələr- histamin, prostoqlandin, neyromediator, hormon və s. maddələr olur. Onlar orqanizmin müdafiə qabiliyyətinin bərpasına şərait yaradır. Ləkənin rənginin tündlük dərəcəsi xəstəliyin ağırlılığı və orqanizmin toksinlərlə zəhərlənmə dərəcəsinə adekvat olaraq artır.

Xəstəlik yüngül formada olanda bankalama üsulu ilə ev şəraitində də müalicə aparılır. Həmin vasitə ilə boyun və bel ağrılarını azaltmaq, arterial təzyiq, yuxusuzluq, baş ağrısı və yorulma zamanı xəstənin vəziyyətini yaxşılaşdırmaq mümkündür.

Tibbi bankanı qoymaq üçün nazik çubuğa pambıq dolanır, spirtə batırılaraq yandırır, onu tibbi bankanın içinə salıb çıxarandan sonra dərhal bədənə, əsasən kürək nahiyəsinə qoyulur. Dəri bankaya sorulanda müalicəvi təsiri yüksək olur. Əvvəlcə 1 dəqiqə saxlanılır, növbəti dəfə zaman kəsiyi 15 dəqiqəyə qədər uzadılır. Prosedur zamanı xəstədə xoş hissiyyat olmayanda bankalar dərhal çıxarılmalıdır. Proseduru təkrar etmək lazım gələndə ən azı bir, yaxşı olar ki, iki-üç gün fasilə verilsin.

Mütəxəssislərin bir qismi təbii banka üsulunu qəbul etmir. Bir sıra Avropa ölkələrində isə bankalar ümumiyyətlə tibbi arsenaldan çıxarılıb. Bəzi həkimlərin fikrincə, banka nəinki infeksiyanın qarşısını almır, əksinə, onun orqanizmdə yayılmasına və bronxlardan ağciyər toxumasına keçməsinə səbəb olur.

Bəzi xəstəliklərdə isə banka qoyulması yolverilməzdir. Xüsusən endokardit, miokardit, ürək qüsurları, ağır hipertoniya, miokard infarktı və stenokardiya zamanı xəstəyə banka qoymaq olmaz. Bundan başqa kəskin infeksiyalar, skleroz, damar trombozu, orqanizmin kəskin zəifləməsi və dəri xəstəlikləri zamanı da tibbi bankaların qoyulması əks göstərişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video