Alternative content

02:21 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbi “Ernst&Young” şirkəti ilə əməkdaşlığa başlayır
Bakı Ali Neft Məktəbi “Ernst&Young” şirkəti ilə əməkdaşlığa başlayır
ANA SƏHİFƏ / Elm və texnika
11:01 17.01.2018

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Böyük Britaniyanın “Ernst&Young” (EY) auditor-konsaltinq şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı İlqar Vəliyev, iqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə xidmətlərin təcrübə rəhbəri Günel Fərəcova ilə görüşüb.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə E.Qasımov qonaqlara rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, strukturu, əldə etdiyi nailiyyətlər və yaxın gələcək üçün planları barədə məlumat verib. Rektor G.Fərəcovanın BANM-də keçirdiyi “İqlim dəyişikliyi və dayanıqlı inkişaf” üzrə seminarın tələbələr arasında böyük maraqla qarşılandığını bildirib, “EY” şirkəti tərəfindən belə seminarların təşkil olunmasını yüksək dəyərləndirib və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsini arzulayıb.

İ.Vəliyev “EY” şirkətinə olan diqqət və marağa görə E.Qasımova təşəkkür edib, daha sonra şirkətin fəaliyyət istiqamətləri, xüsusilə konsaltinq xidməti haqqında geniş məlumat verib. Bildirilib ki, bu istiqamət üzrə fəaliyyətdə “EY” şirkəti həm BANM-də səmərəliliyin artırılması üzrə məsləhətlər verə bilər, həmçinin gələcəkdə bu ali məktəbin mühəndis məzunlarını işə cəlb etməkdə maraqlı ola bilər.

Görüşdə “EY” şirkəti tərəfindən BANM üçün davamlılıq və dayanıqlılıq hesabatının hazırlanması, tələbələrin menecer bacarıqlarının inkişaf etdirilməsi üçün şirkətdə təcrübənin təşkil olunması, “EY” tərəfindən karyera və dayanıqlı inkişaf mövzularında təlimlərin keçirilməsi kimi əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər bir neçə fəaliyyət istiqaməti üzrə razılığa gəliblər.

Qeyd edək ki, “EY” Azərbaycanda 1994-cü ildən bəri fəaliyyət göstərən ilk beynəlxalq audit-konsaltinq şirkətidir.