Alternative content

21:48 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Sağlamlıq Mərkəzi Seçenov Universitetinin Bakı filialının klinik bazasıdır
Bakı Sağlamlıq Mərkəzi Seçenov Universitetinin Bakı filialının klinik bazasıdır
ANA SƏHİFƏ / Səhiyyə
08:01 16.01.2018

Bakı Sağlamlıq Mərkəzi Azərbaycanın böyük tibb mərkəzlərindən biridir. 2014-cü il yanvarın 7-də mərkəzin açılışında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, 50 min kvadratmetr sahəsi olan və ən müasir avadanlıqla təchiz edilmiş 550 çarpayılıq mərkəz hazırda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) klinik bazasıdır. Burada müxtəlif xəstəliklərin müayinə və müalicəsi, xüsusən tibb ixtisası üzrə təhsil alan tələbələrin praktiki hazırlığı üçün əlverişli şərait yaradılıb. Sağlamlıq mərkəzində “Müalicə işi” tədris proqramına uyğun olaraq klinik fənlər (terapiya, cərrahiyyə, ginekologiya və s.) üzrə məşğələlər aparılır. Tələbələrin hazırlığı rusiyalı professor-müəllim heyətinin və klinikanın azərbaycanlı mütəxəssislərinin sıx əməkdaşlığı şəraitində həyata keçirilir.

Qeyd edək ki, İ.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialı Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İ.M.Seçenov adına Birinci MDTU-nun məzunu və fəxri professoru Mehriban Əliyevanın iştirakı ilə 2015-ci il sentyabrın 15-də dünyanın ən nüfuzlu ali məktəblərindən biri olan Seçenov Universitetinin Bakı filialının təntənəli açılış mərasimi keçirilib. Filialın yaradılmasından məqsəd Azərbaycanda tibbi təhsilini təkmilləşdirmək, bu sahədə dünyanın mötəbər təhsil mərkəzləri ilə əlaqələri genişləndirməkdir. Bakı filialında üç kurs üzrə ümumilikdə 340 tələbə təhsil alır. 2017/2018-ci tədris ilində ərizə verən abituriyentlərin sayı 216 nəfər olub. Qəbul imtahanları nəticəsində 125 nəfər birinci kursa qəbul edilib. Filialda professor-müəllim heyətinin 90-95 faizi Moskvadan olan pedaqoqlardan ibarətdir. Onlar fənləri tələbələrə ən yüksək səviyyədə tədris edirlər.