Alternative content

17:14 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ombudsman Aparatının elektron nəşrlərinin kolleksiyası Mərkəzi Elmi Kitabxanaya təqdim edilib
Ombudsman Aparatının elektron nəşrlərinin kolleksiyası Mərkəzi Elmi Kitabxanaya təqdim edilib
ANA SƏHİFƏ / Elm və texnika
04:01 16.01.2018

Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) bu qurumun və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyinin birgə təşkilatçılığı ilə “İnformasiya təminatı sahəsində davamlı əməkdaşlığın qurulması” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) ölkədə hüquqi maarifləndirmə istiqamətində gördüyü işlərdən danışıb.

MEK-in direktoru Leyla İmanova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Ombudsman Aparatının elektron nəşrlərdən ibarət kolleksiyasını kitabxanaya təqdim etməsini yüksək dəyərləndirib. O, müxtəlif qurumlara məxsus kolleksiyaların elektron formatda kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil olunması mərhələsinin davam etdiyini bildirib. Qeyd olunub ki, ötən il işlək vəziyyətə gətirilən və elmiləşən MRY bazası sənədlərin gələcək nəsillərə çatdırılması baxımından ən etibarlı saxlancdır.

Ombudsman Elmira Süleymanova Azərbaycanda insan hüquq və azadlıqları istiqamətində görülən işləri diqqətə çatdırıb, MEK-də sənədlərin toplanılmasının, qorunub saxlanılmasının əhəmiyyətini qeyd edib. O, rəhbərlik etdiyi qurumun elektron nəşrlərinin MEK-ə təqdim olumasının informasiya siyasəti baxımından düzgün seçim adlandırıb.

Sonra Ombudsman Aparatının elektron nəşrlərdən ibarət kolleksiyası MEK-ə təqdim olunub.

Tədbir çıxışlarla davam etdirilib.