16 Yanvar 2018 12:01
3575
Turizm
A- A+

Ötən il Azərbaycana 2,7 milyon turist gəlib

Xaçmazda turizm və otelçilik sahəsindəki yeniliklər, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nabranda təşkil olunan “Turizm dostları bir arada” adlı tədbirdə son illər ölkəmizə rekord sayda xarici turistin gəldiyi qeyd olunub. Bildirilib ki, 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayında 20 faiz artım qeydə alınıb. Ötən il ölkəyə gələn turistlərin sayı 2,7 milyon nəfər təşkil edib. Azərbaycana əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan vətəndaşlar qonaq gəlib.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov ölkə turizminin növbəti inkişaf mərhələsini yaşadığını qeyd edib. Bu mərhələdə daha çox qonaqların cəlb olunması üçün yeni turizm marşrutlarının açılması, xidmət sektorunun gücləndirilməsi, kadrların düzgün seçilməsi, uyğun qiymət siyasətinin yürüdülməsi vacibdir.

Bildirilib ki, bundan sonra da əcnəbi turistlərin Azərbaycana cəlb edilməsi üçün müvafiq işlər görülməli, turizm sektorunda müxtəlif sahələrdə çalışanlar arasında qarşılıqlı əlaqələr inkişaf etdirilməlidir.

Tədbirdə turizm mütəxəssisləri, konsaltinq şirkətlərinin nümayəndələri, sahibkarlar və xidmət sektoru üzrə ekspertlər fikir mübadiləsi aparıb, bu kimi maarifləndirici görüşlərin mütəmadi təşkilinə ehtiyac olduğunu vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video