15 Yanvar 2018 10:01
353
Elm və texnika
A- A+

Akademik Rasim Əliquliyev: Qida təhlükəsizliyinin təmin olunması vacib məsələlərdəndir

Yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kimya Elmləri Bölməsinin növbəti iclası keçirilib. İclasda çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev son zamanlar ölkədə təhlükəsizlik sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Alim bildirib ki, ictimai həyatın bütün sferalarında təhlükəsizliyin təmin olunması ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.

AZƏRTAC xəbər verir ki, R.Əliquliyev Azərbaycanda son illərdə qida təhlükəsizliyinin təmini, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində mühüm nailiyyətlərin əldə edildiyini söyləyib. Dövlət başçısının ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin, eyni zamanda, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı imzaladığı Fərmanın bu istiqamətdə əhəmiyyətli addımlardan olduğunu vurğulayıb.

AMEA-nın akademik-katibi qeyd edilən sahədə dünya təcrübəsindən də söz açıb, Rusiya Elmlər Akademiyasında qida kimyası ilə bağlı laboratoriyaların fəaliyyət göstərdiyini, elmi-nəzəri tədqiqatların aparıldığını bildirib.

Qida təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasının zəruriliyini diqqətə çatdıran akademik R.Əliquliyev bu sahədə kimya elmləri istiqamətində fəaliyyət göstərən alim və mütəxəssislər qarşısında xüsusi vəzifələrin dayandığını qeyd edib. Ölkədə qida kimyası sahəsində fundamental tədqiqatların aparılmasının vacibliyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video