Alternative content

13:24 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elmi-tədqiqat proqramları ilə bağlı respublika müsabiqəsi elan olunub
Elmi-tədqiqat proqramları ilə bağlı respublika müsabiqəsi elan olunub
ANA SƏHİFƏ / Elm və texnika
05:01 15.01.2018

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarı ilə 2018-2020-ci illər üçün elmi-tədqiqat proqramlarının işlənməsi, seçilməsi və maliyyələşdirilməsi məqsədilə respublika müsabiqəsi elan olunub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə təqdim edilən proqramlar hazırlandığı zaman dünyada elmin, texnologiyaların inkişaf meyilləri nəzərə alınmalı, multidissiplinar və kompleks xarakterli olmaqla, fundamental və tətbiqi elmin aktual problemlərinin həllinə, həmçinin ölkənin sosial-iqtisadi və mədəni inkişafına, onun müdafiə qüdrətinin artırılmasına yönəlməlidir. Müsabiqəyə qatılacaq proqramlar fizika-riyaziyyat, texnika, kimya, biologiya, tibb, Yer, humanitar və ictimai elmlər sahələrini əhatə etməlidir. Elmi-tədqiqat proqramlarının rəhbərləri yalnız AMEA-nın həqiqi və müxbir üzvləri olmalıdırlar. Proqramların icrasında AMEA-nın, habelə respublikanın digər elm və ali təhsil müəssisələrinin alim və mütəxəssisləri iştirak edə bilərlər.

İcra müddəti üç ildən çox olmayan elmi-tədqiqat proqramlarının smeta dəyəri bir il üçün 200 min manatı keçməməlidir. Proqramlar müəyyənləşdirilmiş formaya uyğun tərtib olunmalı, fevralın 10-dək iki nüsxədə elektron variantı ilə birlikdə AMEA-nın Elm və Təhsil İdarəsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30, 502-ci otaq) təqdim edilməlidir.