Alternative content

05:54 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:08 05.08.2012

 

Kənddəki torpaq sahəmin bir hissəsini satmaq istəyirəm. Alqı-satqı müqaviləsi notarius tərərfindən təsdiqlənməlidir, yoxsa kənd icra nümayəndəsinin təsdiqi kifayətdir?

 

Ədalət PAŞAYEV,

Şamaxı rayonu

 

- "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarına (yəni, rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələrinə) müəyyən notariat hərəkətlərinin aparılması səlahiyyəti verilmişdir. Belə ki həmin qanunun 18-ci maddəsinə görə, notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları (yəni, rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələri) müvafiq icra hakimiyyəti orqanları aşağıdakı notariat hərəkətlərini aparırlar:

1) miras əmlakın mühafizəsi üçün tədbirlərin görülməsi;

2) vəsiyyətnamələrin təsdiqi;

3) əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müvəqqəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla etibarnamələrin təsdiqi;

4) sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi;

5) sənədlərdəki imzanın həqiqiliyinin təsdiq olunması.

Göründüyü kimi, daşınmaz əmlakın alqı-satqısına dair müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarına (rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələrinə) belə müqavilələri təsdiq etmək səlahiyyəti verilməmişdir.

Onu da qeyd edək ki, "Notariat haqqında" Azərbaycan Respdublikası Qanununun 46-cı maddəsinə görə yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər həmin əmlakın olduğu yer üzrə təsdiq olunur.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi