12 Yanvar 2018 11:01
419
Səhiyyə
A- A+

Qışda da arıqlamaq mümkündür

Payız aylarında orqanizm yavaş-yavaş soyuqlara hazırlaşmağa başlayır: çəki artır, passivlik çoxalır. Qış fəsli yaxınlaşdıqca dərialtı piyin əmələ gəlməsi prosesi fəallaşır və bunun nəticəsində orqanizm həmin dövrdə özünü enerji ehtiyatı ilə təmin edir.

AZƏRTAC xəbər verir ki, soyuq vaxtlarda vitamin və qidalı maddələrin çatışmazlığı yaranır. Ona görə də gündəlik rasionun cüzi azalması fiziki və psixi cəhətdən neqativ təsir göstərir. Piy toxuması iştahanın, bədən çəkisinin, reproduktiv funksiyaların və hətta psixi sağlamlığın requlyasiyasında iştirak edən leptin hormonunu hazırlayır. Çəkinin kəskin azalması isə hormonal tarazlığın pozulmasına aparıb çıxarır. Artıq çəki narahatlığa səbəb olur və pəhrizlərə meyli artırır. Qış mövsümündə pəhrizlərə daha ehtiyatlı yanaşmaq lazımdır. Elə pəhriz seçmək lazımdır ki, orqanizmin fəaliyyətini pozmasın və uğurlu nəticələr versin.

Artıq çəkidən azad olmaq üçün gündəlik qida rasionundan başlamaq lazımdır. Təklif olunan ilk xörək şorbadır. Şorba mədəyə doluluq hissi verərək onun divarındakı xüsusi reseptorları aktivləşdirir və onun dolması haqda siqnal verir. Nəticədə iştaha azalır və ikinci yemək həmişəkindən 20-40 faiz az yeyilir. Yağsız ət şorbalarına, tərəvəz bulyonlarına üstünlük vermək daha yaxşıdır. Məsələn, 1,5 litr su, 2-3 ədəd kök, 2 pomidor, bir neçə kərəviz və kəvər yarpaqlarından ibarət bulyon hazırlayıb içərisinə bir azca kəklikotu, zirə və keşniş qatmaq olar.

İkinci yemək adətən daha kalorili olur. Onu hazırlayarkən yüngül mayonez, yağsızlaşdırılmış süd, smetan və kəsmikdən istifadə etmək olar. Kartof qızardarkən kərə yağı bitki ilə əvəz edilməlidir. Həmin qaydalara əməl edilməsi ziyan vermir və soyuq qış aylarında dərinin su-lipid tarazlığını qoruyur. Yeməyə qatılan müxtəlif ədviyyatlar isə həzm şirəsinin hazırlanmasını sürətləndirir, maddələr mübadiləsini fəallaşdırır, nəticədə qida tam həzm olunur və yağ toplanmır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video