Alternative content

05:41 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında
ANA SƏHİFƏ / Qanunlar
12:01 12.01.2018

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791; 2017, № 3, maddə 339, № 7, maddə 1303, № 8, maddə 1510) aşağıdakı dəyişikliklər edilsin:

1.   64.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“64.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılır. Şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir.”.

2. 99-cu maddə üzrə:

2.1. 99.2.5-ci və 99.2.6-cı maddələrə, 99.6-cı və 99.7-ci maddələrin birinci cümlələrinə ismin müvafiq hallarında “hal şahidləri” sözlərindən sonra “(yalnız hal şahidlərinin iştirak etdiyi halda)” sözləri əlavə edilsin;

2.2. 99.4-cü maddədə:

2.2.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış azı 2 (iki) hal şahidinin iştirakı məcburidir.”;

2.2.2. ikinci cümlə dördüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Şəxsi yoxlama və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi yoxlama və götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.”.

3. 131.1-ci maddədə “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilsin.

4. 202.5-ci maddədə “təmir” sözü “təqdim” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2017-ci il