Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

17:52 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər Altsheymer xəstəliyinin yeni müalicə üsulunu açıqlayıblar
Alimlər Altsheymer xəstəliyinin yeni müalicə üsulunu açıqlayıblar
ANA SƏHİFƏ / Səhiyyə
05:01 11.01.2018

İnsanların çoxu yaşa dolanda Altsheymer xəstəliyinə tutulur. Bu problemi aradan qaldırmaq üçün indiyədək universal və effektiv dərman tapılmayıb. Lakin ABŞ alimləri bildiriblər ki, xəstəliyin müalicəsində J147 preparatından istifadə etmək olar.

AZƏRTAC “7mednews” saytına istinadla xəbər verir ki, Solk Bioloji Tədqiqatlar İnstitutu alimlərinin fikrincə, J147 preparatı “hüceyrə saatını” geri çəkə və digər qocalıq xəstəliklərinə qarşı mübarizə apara bilər. Preparat 2011-ci ildə yaradılıb. Ekspertlər preparatın yaddaşı yaxşılaşdırmasını kliniki sınaqlar vasitəsilə sübut ediblər. J147, həmçinin beyni qocalma dəyişikliklərindən qoruyur. Lakin alimlər dərmanın effektivliyinə axıradək əmin deyillər.

Bu sahədə yeni tədqiqat göstərib ki, J147 və ATF zülalı hüceyrələr üçün universal enerji mənbəyidir. Tədqiqatçı Coş Qoldberq deyib: “Bilirik ki, Altsheymer xəstəliyində yaş başlıca amildir. Odur ki, dərman preparatının hədəfini müəyyən etməyimiz təəccüblü deyil. Bu hədəf həm də qocalma prosesində iştirak edir”.

Habelə məlum olub ki, J147 qocalma prosesini və Altsheymer xəstəliyinin yaranmasını ləngidə bilər. Tədqiqatçı Deyv Şubert deyir: “Həmişə hesab edilib ki, Altsheymer, Parkinson və insultdan ötrü ayrıca dərman lazımdır. Lakin ola bilər ki, biz qocalma prosesinə təsir etməklə, yaşla bağlı patoloji durumların çoxunu müalicə edə və ya ləngidə bilərik”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM