11 Yanvar 2018 04:01
2628
Turizm
A- A+

Özbəkistanın Review.uz portalı Azərbaycanın turizm potensialı haqqında məqalə yerləşdirib

Özbəkistanın Review.uz portalı öz səhifəsində Azərbaycanın turizm potensialı haqqında rus dilində “Azərbaycan turizm sahəsində böyük uğurlara nail olub” sərlövhəli məqalə yerləşdirib.

AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə istinadən qeyd edilir ki, ötən il Azərbaycana 2 691 998 xarici turist gəlib ki, bu da 2016-cı ildəkindən 20 faiz çoxdur.

Ötən il Azərbaycana turist axını ən çox Rusiyadan olub, 853 082 turist qeydə alınıb ki, bu da müvafiq olaraq 2016-cı ildəkindən 20 faiz çoxdur. Bu siyahıda növbəti yerlər Gürcüstan, İran, Türkiyə, İraq, Ukrayna, Səudiyyə Ərəbistanı və digər ölkələrin payına düşür.

Vurğulanır ki, il ərzində Azərbaycana ən çox turist iyul ayında gəlib - 313, 515 nəfər.

Qeyd olunur ki, qış aylarında həm yerli, həm də xarici turistlər ən çox Qusardakı “Şahdağ” və Qəbələdəki “Tufandağ” turizm mərkəzlərinə üstünlük verirlər.

Bildirilir ki, yanvarın ilk beş günü ərzində “Şahdağ” kompleksinə 16 min turist gəlib.

Yazıda Azərbaycanın digər turizm mərkəzləri haqqında da söhbət açılır, xarici turistlər ölkəmizə dəvət olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video