Alternative content

00:32 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AMEAMərkəzi Elmi Kitabxanasının fəaliyyəti yüksək dəyərləndirildi
AMEAMərkəzi Elmi Kitabxanasının fəaliyyəti yüksək dəyərləndirildi
ANA SƏHİFƏ / Elm və texnika
08:01 10.01.2018

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası (MEK) 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirdi. Tədbiri açan AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli kitabxana fəaliyyətinin geniş spektrdə təmsil olunan oxucular da daxil olmaqla bütün göstəricilər üzrə inkişaf etməsini, kitab fondunun əhəmiyyətli dərəcədə zənginləşməsini və daxil olan sənədlərin sistemləşdirmə işinin ən müasir qaydalara uyğun təkmilləşməsini, AMEA elmi müəssisələrinin kitabxanaları ilə şəbəkə formatında əlaqələrin güclənməsini il üçün uğurlu nəticələrdən hesab etdi. Həmçinin AMEA-nın vitse-prezidenti MEK-in elektron resursların mübadiləsi sahəsində təşəbbüslərlə çıxış etməsini, buna nümunə olaraq Bakıda ADA, İstanbulda Kazım Qarabəkirin ev-kitabxanası, Naxçıvanda Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksi, Budapeştdə Hazainin ev-kitabxanası və bir sıra başqa təşkilatlarla elektron resursların mübadiləsini yenilik kimi xüsusi qeyd etdi. İ.Həbibbəyli AMEA institutlarının kitabxana şəbəkə əməkdaşlarına yeni ildə MEK tərəfindən attestasiyasının keçirilməsi zərurətini diqqətə çatdırdı. Mərkəzi Elmi Kitabxananın AMEA-nın müstəqil elmi mərkəzinə çevrildiyini bildirən akademik 2017-ci ildə kitabxananın fəaliyyətində yeniliklərin və uğurların olmasını, 2016-cı ildə başlanılan işlərin məntiqi davamı kimi dəyərləndirdi. Sərbəst elektron resurslardan biri olan Vikipediyada MEK fəaliyyətinin yüksək nəticə verməsini vurğulayaraq AMEA-da yüksək potensialın olmasını və bu sahədə MEK-in AMEA Rəyasət Heyətinin Elm və təhsil idarəsi ilə əməkdaşlığı gücləndirməsinin məqsədəuyğunluğunu nəzərə çatdırdı. Beynəlxalq əlaqələrin sürətli inkişafına diqqət çəkən İ.Həbibbəyli MEK-də daha çox dünya akademik kitabxanaları ilə əməkdaşlığının qurulmasına diqqət verilməsini tövsiyyə etdi.

Ötən il MEK-in bir çox uğurlu tədbirlərin təşkilatçısı və təşəbbüskarı olduğunu vurğulayan akademik həmçinin tövsiyə etdi ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş tədbirlərin multiformat sərgilər daxil olmaqla, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilməsi nəzərdə tutulan Muğam Festivalı çərçivəsində beynəlxalq konfrans da iş planına daxil edilsin.

Sonra Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova ötən il həyata keçirilən işlərin yekunu ilə bağlı hesabat məruzəsi ilə çıxış etdi. O, bildirdi ki, MEK-in ötən il əldə etdiyi mühüm nəticələr, onların 5 illik strateji hədəflər üzərində qurulması, MEK-in imza atdığı və Azərbaycan kitabxana-informasiya məkanında uğuruna nail olduğu ilk təşəbbüslərdir. Onların sırasında Kitabxana xidmətlərinin avtomatlaşdırılmış idarəetmə və nəzarət (VİS-LİB - MEK) platformasının bütün modullarının hazırlanıb istifadəyə verilməsi, Milli Rəqəmsal Yaddaş bazasının elmiləşməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu tərəfindən dəstəklənməsi, MEK-in kitabxana-xidmət, rəqəmsallaşdırma, ictimaiyyəti məlumatlandırma və sosial şəbəkələrdə fəallıq işinin effektiv əlaqələndirilməsi nəticəsində sənədlərin mübadilə edildiyi dövlət və ictimai təşkilatların, eləcə də diplomatik qurumların sayının artması, Azərbaycan Mətbuat Şurası ilə AMEA rəhbərliyi arasında Azərbaycanda elm sahəsində baş verən yeniliklərin ictimaiyyətə çatdırılması, informasiyanın toplanılması, sistemləşdirilməsi və qorunub saxlanılması barədə razılığa gəlinməsi, Sərbəst elektron resurslara aid edilən Azərbaycandilli Vikipediyanın mövqeyinin AMEA institutları və kənar təşkilatlara sistemli şəkildə keçirilmiş təlimlər və təlim sonrası əlaqələndirmə nəticəsində 58-ci pillədən 51-ci pilləyə irəliləməsi və Azərbaycan kitabxanalarında mühafizə olunan və 2016-cı ildə MEK-də aşkarlanıb rəqəmsallaşdırılmış 17 ən qədim kitabın 6-sına MEK oxucusu tərəfindən annotasiya hazırlanması və kitabxana istifadəçilərinə təqdim olunması kimi nəticələr qeyd olundu.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”