Alternative content

06:11 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Həkimlər həyəcan təbili çalırlar: qıcqırma xərçəng törədir
Həkimlər həyəcan təbili çalırlar: qıcqırma xərçəng törədir
ANA SƏHİFƏ / Səhiyyə
05:01 10.01.2018

Həkimlər adi qıcqırma nəticəsində həzm traktının yuxarı şöbələri və yuxarı tənəffüs yolları xərçəngi xəstəliklərinin inkişaf riskləri barədə xəbərdarlıq edirlər. Qıcqırma adətən mədə şirəsi substansiyasının qida borusuna sızması nəticəsində yaranır.

AZƏRTAC “medvesti.com” saytına istinadla xəbər verir ki, prosesin tezliyi həzm traktının aşağı şöbələrində ezofaqit deyilən iltihab reaksiyası doğura bilər. Əslində, patologiyanın özü təhlükəli deyildir və erkən dövrdə aşkar ediləndə müalicə olunur. Amma vaxtında müdaxilə edilməyəndə ağır fəsadlar yaradır.

ABŞ-da çıxan “JAMA Otolaryngology Head and Neck Surgery” nəşri Oçsner Tibb Mərkəzinin elmi əməkdaşlarının tədqiqat işinin nəticələrini açıqlayıb. Mərkəzin əməkdaşları bu qənaətə gəliblər ki, müntəzəm qıcqırma qida borusunun stenozu, qida borusu divarının deşilməsi, həzm traktı, burun-udlaq, yuxarı tənəffüs yolları xərçəngi xəstəliklərinin yaranması şəklində fəsadlar yaradır. Mütəxəssislər qıcqırmanın onkoloji proseslərlə mümkün qarşılıqlı əlaqəsini üzə çıxarmaq üçün 28 mindən çox ahıl pasiyentin tibbi göstəricilərini təhlil ediblər. Məlum olub ki, onların 13.805 min nəfəri yuxarı tənəffüs yollarını və həzm traktının yuxarı şöbələrini zədələyən onkoloji xarakterli patologiyalardan əziyyət çəkir. Alimlər müntəzəm qıcqırma tutmaları olan pasiyentlərin sayını müəyyənləşdirdikdən sonra bu qənaətə gəliblər ki, qıcqırmadan əziyyət çəkənlərdə qırtlaq onkologiyası 3 dəfə, burun-udlaq onkologiyası 2,5 dəfə, badamcıqların xərçəngi 2 dəfə, burunətrafı əlavə ciblərin onkologiyası 2 dəfə çox diaqnozlaşdırılıb. Onkoloji xəstəliklərin ənənəvi statistikasına görə, həzm traktının yuxarı şöbələrinin və yuxarı tənəffüs yollarının onkologiyasına tutulma hallarının 360 mini ölümlə nəticələnir. Həkimlər qıcqırmanın müntəzəmliyinin onkoloji xəstəliklərin inkişafı ilə həqiqi əlaqəsini hələlik müəyyən etməyiblər. Ola bilsin, onkoloji vəziyyətdən qabaq müşahidə olunan qida borusunun selikli qişası hüceyrələrinin displaziyası həzm şirəsinin tərkibində duz turşusunun müntəzəm təsiri ilə yaranır. Bundan əlavə, tədqiqatçılar hamı tərəfindən qəbul edilmiş onkogenlər olan siqaretin və alkoqolun təsirini nəzərə almayıblar. Asılılıq yaranması mexanizmlərinin müəyyən olunması bütün mümkün təsirlər nəzərə alınmaqla, ətraflı tədqiqatların aparılmasını tələb edir.