Alternative content

09:19 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar beynəlxalq elmi konfrans keçiriləcək
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar beynəlxalq elmi konfrans keçiriləcək
ANA SƏHİFƏ / Elm və texnika
03:01 10.01.2018

Aprelin 11-dən 15-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcək.

Tarix İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq konfransın “XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları”, “1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları” və “XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar” bölmələrində məruzələr dinləniləcək.

Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaq. Məqalələr (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) fevralın 15-dək Təşkilat Komitəsinə göndərilməlidir. Məqalələrin həcmi 8-10 səhifədən artıq olmamalı və elektron variant [email protected][email protected] e-mail ünvanlarına göndərilməlidir.

Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5, sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.