Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:11 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bəzi şirin qidaların günlük qəbulu uşaqlar üçün vacibdir
Bəzi şirin qidaların günlük qəbulu uşaqlar üçün vacibdir
ANA SƏHİFƏ / Səhiyyə
03:01 10.01.2018

Bir çox şirin qidalar var ki, onların günlük qəbulu nəinki xeyirdir, hətta vacibdir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatr-endokrinoloqu Ləman Sultanova bu dəfə uşaqların gündəlik tələbatında onlar üçün vacib xeyirli şəkərlərdən danışıb.

Həkim deyib: “Meyvə-tərəvəz, bal, quru meyvələr - bütün bu təbii məhsulların tərkibində vitaminlər və mikroelementlər var. Meyvə-tərəvəz, giləmeyvə qəbulu immuniteti artırır, orqanizmi gücləndirir. Quru meyvələri uşaqlara 1,5 yaşından etibarən vermək olar. Şəkər əlavə olunmadan qurudulmuş təbii meyvələrdə çox miqdarda kalium, kalsium, dəmir və pektin var. Balın faydası hamıya məlumdur. İmmuniteti artırır, beyni qidalandırır və mədə-bağırsaq sisteminin fəaliyyətini normaya salır. Bundan əlavə, bal sümük sistemini möhkəmlədir və hemoqlobini artırır. Bütün bunlarla yanaşı unutmaq olmaz ki, bal, eyni zamanda, hipoallergen təsirə də malikdir. Balı uşaqlara yaşlarından asılı olaraq vermək daha məqsədəuyğundur. Bir yaşdan yuxarı körpələrə isə bal az miqdarda verilməlidir.

Çox vaxt uşağın həyatının ilk ilindən etibarən valideynlər onlara gün ərzində şirin su və ya çay verirlər. Bu qətiyyən düzgün deyil. Südəmər uşaqların rasionunda olan ana südü və əlavə qidalar (meyvə, tərəvəz, sıyıqlar) onların günlük karbohidrat tələbatını tam ödəyir. Şirin suyun əvəzinə adi su verilməsi daha düzgündür.

Ümumiyyətlə şirin qidalar uşaqlara yalnız yeməkdən sonra, tələb olunan miqdarda verilməlidir.

Onu da qeyd edim ki, analar çox diqqətli olmalı və uşaqların düzgün qida vərdişlərini körpəlikdən formalaşdırmalıdırlar”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM