Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

05:04 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “The Culture Trip”: Azərbaycana səyahət etmək üçün 11 səbəb
“The Culture Trip”: Azərbaycana səyahət etmək üçün 11 səbəb
ANA SƏHİFƏ / Turizm
09:01 09.01.2018

Dünya ölkələrinin mədəniyyətlərindən yazan “The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb.

AZƏRTAC xəbər verir ki, məqalələrdə ölkəmizin görməli yerləri və turizm potensialı barədə ətraflı məlumat verilib.

Müəllif Sam Bedford təqdim etdiyi reportajlarında Azərbaycanın təbiəti, paytaxt Bakının simvolu olan Qız qalası, “Alov qüllələri” kompleksi, Atəşgah məbədi barədə ətraflı söz açır. O, Azərbaycanda turistlərin diqqətini cəlb edə biləcək kifayət qədər gözəl məkanların olduğunu vurğulayır.

"Azərbaycana gəlmək üçün 11 səbəb" adlı məqalədə Bakının tarixi yerləri, qədim tikililəri və müasir binaları haqqında məlumatlar yer alıb. Dünyanın böyük şəhərlərində təmizliyin problem olduğunu deyən müəllif Bakının indiyədək gördüyü ən təmiz şəhərlərdən biri olduğunu vurğulayır: “Bakı bulvarı Bayraq və Azadlıq meydanları daxil olmaqla bir neçə kilometr uzanır. “Ağ Şəhər”dən başlayaraq “Alov qüllələri”nədək olan istiqamətdə bulvar boyunca alış-veriş mərkəzləri, kafe və restoranlar yerləşir. Digər paytaxt şəhərlərlə müqayisədə Bakı təhlükəsiz məkandır. Burada gecələr də rahat gəzib istirahət etmək mümkündür”.

Müəllifin “Azərbaycanda 24 saatı necə keçirmək olar”, “Azərbaycana 2 həftəlik səyahət marşrutu”, “Azərbaycana ən yaxşı turlar”, “Bakıda 20 görməli yer”, “5 ən yaxşı çimərlik” başlıqlı yazılarında qədim İçərişəhər, Şirvanşahlar sarayı, Azərbaycan Xalça Muzeyi, məşhur Nizami küçəsi, Bakı Venesiyası və digər məkanlardan söz açılır. Sam Bedford bu məkanları dünyanın bir çox məşhur yerləri ilə müqayisə edir. Həmçinin müəllif Şəki, Gəncə, Quba, Lənkəran, Şamaxı, Qəbələ və Qazax haqqında da turizm həvəskarlarına məlumat verir. Yazılarda Azərbaycanda “ASAN Viza” sisteminin tətbiqindən də bəhs edilir.

Müəllif “Azərbaycanda turistlərə lazım olacaq 21 ifadə” yazısında ölkədə rus dilinin ikinci ən çox işlənən dil olduğunu bildirir. O, “salam”, “bəli”, “xeyr”, “buyur”, “sağ”, “sol”, “hələlik” də daxil olmaqla 21 ifadənin ingiliscə qarşılığını göstərərək səyahətə gələnlərin bu sözləri diqqətlə öyrənmələrini tövsiyə edir.

Sam Bedford, həmçinin Azərbaycan musiqisi barədə məlumat verir. “Azərbaycanın ən yaxşı pop musiqiləri” başlıqlı məqaləsində müəllif tanınmış estrada və pop ifaçılarına diqqət çəkir. 2011-ci ildə keçirilən “Avroviziya” mahnı müsabiqəsindən sonra Azərbaycanın daha çox məşhurlaşdığını bildirən müəllif muğamlarımıza və meyxana janrına da diqqət çəkir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM