Alternative content

09:16 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ukraynalı turistlər: Qəbələ bizə xoş təəssürat bağışladı
Ukraynalı turistlər: Qəbələ bizə xoş təəssürat bağışladı
ANA SƏHİFƏ / Turizm
09:01 08.01.2018

Artıq 3 gündür ki, həyat yoldaşım və övladlarımla birgə Qəbələdə dincəlirəm. Ukraynanın Krivoy Roq şəhərindən bura “CİTA” turizm şirkəti vasitəsilə gəlmişik. İlk dəfə səfər etsək də, buralar bizə çox xoş təəssürat bağışladı. Biz bu günlərdə isti ərəb ölkələrinə səfər etməyi düşünürdük. Lakin, eşidəndə ki, Qəbələdə 12-ci “Veselo” Beynəlxalq Yumor və Musiqi Festivalı keçiriləcək, o zaman Azərbaycana gəlməyə qərar verdik.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində festivalın iştirakçısı olan ukraynalı turist Aleksandr Pastoves bildirib. O, festivalın çox gözəl ab-havada davam etdiyini, proqramın zəngin olduğunu deyib: “Qəbələnin müxtəlif turizm obyektlərinə, tarixi məkanlarına, görməli yerlərinə səfər edirik, xatirə şəkilləri çəkdiririk. Biz festival çərçivəsində idman və əyləncəli proqramlarda, intellektual oyunlarda, konsertlərdə iştirak edirik. Bundan əlavə, turizm şirkəti tərəfindən bizim istirahətimizin mənalı təşkili üçün idman yarışları, intellektual oyunlar, disko gecələr, kino günləri, yoqa və pilates dərsləri də keçirilir. Hazırda kanatla dağın zirvəsinə qalxmışıq, burada qarı görüb çox sevindik, xizəklə sürüşərək əylənirik. Sabah Nic qəsəbəsindəki qədim “Cotari” Udi Alban Kilsəsini ziyarətə gedəcəyik. Sonra bu bölgənin qədim tarixi barədə məlumat əldə etmək üçün Çuxur Qəbələ kəndinə səfər edəcək və oradakı arxeoloji qazıntı yerlərinə, muzeydəki eksponatlara baxacağıq”.

Tatyana Pastoves də ailəsi ilə birgə Qəbələyə gəldiyinə görə çox şad olduğunu bildirib. “Qəbələnin gözəl təbiəti və insanların qonaqpərvərliyi məni valeh edir. “Veselo” beynəlxalq yumor və musiqi festivalı yüksək səviyyədə təşkil edilib. Mən məzuniyyət günlərimdə istirahət üçün Qəbələni seçdiyimə görə peşman deyiləm. Burada hava təmizdi, çox soyuq deyil. Mən gözəl təbiəti, istirahət mərkəzləri və qonaqpərvər insanları olan Qəbələyə gəlməklə həm də festivalda iştirak edən tanınmış musiqçilərin canlı konsertlərini izləmək imkanı qazanmışam. Bilirəm ki, bu günlərdə Qəbələyə gələn turistlərin hamısı bu festivalın tamaşaçılarıdır. Burada özümüzü yad hiss etmirik. Hamı bizə isti münasibət göstərir, xidmətlərə görə qiymətlər də yaxşıdır”, - deyə Tatyana Pastoves əlavə edib.