Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

15:52 22 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəlin saxta materialları yayıb düşmən dəyirmanına su tökməyək
Gəlin saxta materialları yayıb düşmən dəyirmanına su tökməyək
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 07.01.2018

 

Nəzarət olmadığından sosial şəbəkələrdə saxtakarlıq geniş vüsət alıb. Belə bir şəraitdə Azərbaycanın bədxahları da fəaldırlar.

Dövlətimizin, xalqımızın imicini ləkələmək, əcnəbilərdə mənfi rəy formalaşdırmaq, yerli əhalidə ruh düşkünlüyü doğurmaq məqsədilə başqa ölkələrdə çəkilmiş və  neqativ halları əks etdirən foto-şəkillər, o cümlədən videolar paylaşılaraq Azərbaycana aid edilir. Təəssüf ki, bu qərəzli və çirkin kampaniyalara bəzən bilərəkdən, bəzən isə naşılıqdan azərbaycanlılar da qoşulurlar. Araşdırdıqda bəlli olur ki, belə materialların başqa yerlərdə çəkilməsi bir yana, illərdir müxtəlif şəbəkələrdə dövr edir. İranda, Ərəbistanda, Uzaq Şərq ölkələrində, Rusiyada, Ukraynada qeydə alınmış xoşagəlməz hadisələr Bakıda, Azərbaycanda baş vermiş kimi göstərilir. Acınacaqlı haldır ki, bəzi KİV-lər belə saxta, montaj yolu ilə hazırlanmış görüntüləri yoxlamadan, “əslini-kökünü” araşdırmadan tirajlayır, hətta televiziya xəbəri belə edirlər. Bu yaxınlarda guya Bakıda, Nizami küçəsində itin bir uşağa hücum etməsi haqqında verilən xəbər məhz belə materiallardan idi - sosial şəbəkələrdən götürülmüşdü. Halbuki videoda uşağın ingilis dilində imdad dilədiyi, ətrafdakıların da əcnəbi dildə danışdığı, başqa görkəmdə olduğu aydın sezilirdi. Görüntülərdəki şəhər elementləri də yerin Bakıda olmadığını təsdiqləyir: nəinki Nizamı küçəsində və ətrafında, ümumiyyətlə, paytaxtımızda belə yer yoxdur. Videodakı fonda görünən küçədə uzun - metrobusa oxşar bir nəqliyyat vasitəsinin və Bakıda olmayan avtobusların hərəkət etməsi də bunu təsdiqləyir.

Doğrudur, şəhərimizin belə bir problemi var - itlər müvafiq qaydalar pozulmaqla  gəzdirilir, hətta onları avtobusda sərnişin yerinə oturdurlar da. Lakin hər xəbər fakt üzrə olmalıdır. Niyə başqa yerdə qeydə alınmış hadisə Bakının adına çıxılmalıdır? Nə üçün hansısa bir ölkənin yeməkxanasındakı iyrənclik paytaxtımızın dönərxanasındakı vəziyyət kimi göstərilməlidir? Ukraynanın Dnepropetrovsk vilayətində, bir qəsəbənin yolunda çəkilmiş şəkil niyə Azərbaycan adına sırınmalıdır? Yaxud Moskva metrosu üçün adi hal - qadına hörmətsizlik Bakı metrosuna şamil edilməlidir? Belə saxta materiallar onlarla, yüzlərlədir. Məqsəd də bəllidir: Azərbaycanı, Bakını, xalqımızı gözdən salmaq, ölkəmizə gəlmək istəyən turistlərin gözünü qorxutmaq, xalqımız haqqında mənfi rəy formalaşdırmaqdır. Bunun sadə adı düşmənçilikdir. Bu cəhdlərə rəvac vermək, siyasi məqsədlər üçün istifadə etmək düşmən dəyirmanına su tökmək, ona qulluq göstərmək deməkdir.

Gəlin diqqətli olaq, belə cəhdlərə qarşı mübarizə aparaq, hər şəkili, videonu kor-koranə yaymayaq, onlardan xəbər düzəltməyək: arayaq, yoxlayaq və saxtakarları ifşa edək!

 

Elxan ELDAROĞLU,

Bakı şəhər sakini 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM