Alternative content

03:24 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Horadiz şəhərində olub
Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Horadiz şəhərində olub
ANA SƏHİFƏ / Səhiyyə
05:01 05.01.2018

Yanvarın 5-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Füzuli rayonunun Horadiz şəhərində oftalmoloji aksiya keçirib.

“Biz hazırda 1993-cü ildə erməni silahlı qüvvələrinin işğalına məruz qalan və Azərbaycan Milli Ordusunun 1994-cü il yanvarın 5-də keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilən bir məkandayıq. Bu tarixi gün ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bir sözlə Horadizlə bağlı qələbə imzası Ulu Öndərə məxsusdur. Ümummilli liderin Ali Baş Komandanlığı, xeyir-duası ilə başlanan Horadiz əməliyyatı hərb tariximizə şanlı səhifə kimi yazılıb. Bu gün Ulu Öndərin siyasi xəttini davam etdirən Prezident İlham Əliyevin tapşırığına əsasən Horadizdə böyük quruculuq işləri həyata keçirilib və keçirilməkdədir. Düşmən tərəfindən dağıdılan şəhər bu gün özünün inkişaf dövrünü yaşayır”.

Bu sözləri AZƏRTAC-a akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin nümayəndəsi, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib.

Tədbirdə çıxış edən Y.Abdiyeva deyib: “Bu gün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi üçün də bir tarixi gündür. Çünki Horadizin düşməndən azad olunma tarixini sizinlə birgə qeyd edirik. Bu bizim üçün çox qürurvericidir. Biz əminik ki, bayrağımız tezliklə Xankəndi, Şuşa, Laçın, Füzuli və digər işğal altında olan torpaqlarda dalğalanacaq. Çünki ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət də bunu deməyə əsas verir.

Göz insan orqanizminin çox zərif və həssas bir üzvüdür. Dünyanı, işıqlı həyatı gözlərimizlə görürük. Ətraf mühitdən məlumatların 90 faizini göz vasitəsilə alırıq. Gözümüzü qorumaq bizim ən ümdə borcumuzdur. Olduqca həssas olan göz bəzən xəstələnir, zəifləyir, bir çox hallarda isə gözəlliyini itirir. Çox vacib orqan olan gözlərin vaxtında müayinə və müalicə olunmadıqda həll olunması çətin problemlərə yol açır. Bəzən elə problemlər yaranır ki, onların müalicəsi mümkünsüz olur. Oftalmoloqlar bu gün korluğun, zəif görmənin və digər xəstəliklərin qarşısını almaq üçün əvvəlcədən bir sıra profilaktik tədbirlər görürlər ki, bu da sözsüz ki, öz səmərəsini verir. Odur ki, biz burda sizin gözlə bağlı problemlərinizi dinləməyə və həll etməyə gəlmişik.

Bizim mərkəz yalnız paytaxt Bakıda deyil, respublikanın bir çox şəhər və kəndlərində pasiyentlərə tibbi xidmət göstərir. Bu məqsədlə də Səyyar Klinikamız indiyədək, Tovuz, Gədəbəy, Xaçmaz kimi onlarla rayon və şəhərdə pasiyentlərə dəstək olub. Səyyar Klinikanın əməkdaşları yalnız müayinə və müalicələrlə kifayətlənmir, bəzən yerindəcə əməliyyatlar da aparılır. Düşünürəm ki, hər birimiz bu gün öz üzərimizə düşən işləri layiqincə yerinə yetirməliyik”.

Qeyd edək ki, Horadizdə keçirilən aksiya zamanı 180-dən çox vətəndaş müayinə edilib, 20 xəstənin gözləri əməliyyat olunub.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının növbəti səfərinin Cocuq Mərcanlı kəndinə planlaşdırılır.