05 Yanvar 2018 12:01
305
Səhiyyə
A- A+

Dünya Səhiyyə Təşkilatı qarın yatalağı əleyhinə yeni vaksini bəyənib

Dünya Səhiyyə Təşkilatı (DST) qarın yatalağı əleyhinə yeni vaksini bəyənib. AZƏRTAC DST-yə istinadla xəbər verir ki, bu vaksin hətta azyaşlı uşaqlar üçün də təhlükəsizdir.

Hər il dünyada təqribən 20 milyon adam qarın yatalağına yoluxur. Yoluxma hallarının 160 mindən çoxu ölümlə nəticələnir.

Ehtimala görə, yeni vaksin kiçik dozalarda mövcud vaksinlərin təmin etdiyindən daha uzunmüddətli müdafiəni təmin edə biləcək. Yeni peyvəndlər hətta altı aylıq uşaqlar üçün də təhlükəsizdir.

Vaksinin DST tərəfindən qabaqcadan bəyənilməsi faktı göstərir ki, o, bütün keyfiyyət, səmərəlilik və təhlükəsizlik standartlarına cavab verir. DST sertifikatı vaksini BMT Uşaq Fondunun (UNICEF), BMT sisteminin digər müəssisələrinin və onların tərəfdaşlarının layihələri çərçivəsində almağa imkan verəcək.

Yeni vaksinin yaradılması qarın yatalağının müalicəsində antibiotiklərdən istifadə hallarını azaltmaq məqsədi daşıyır.

Həkimlərin fikrincə, urbanizasiya və iqlim dəyişmələri son vaxtlar bir çox yerlərdə antibiotiklərə qarşı davamlılıq əldə etmiş və artıq müalicə olunmayan qarın yatalağı xəstəliyi hallarının sayının artmasına gətirib çıxarır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video