Alternative content

23:54 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İmmun sistemi hüceyrələri xərçəng şişlərinin orqanizmdə yayılmasına kömək edir
İmmun sistemi hüceyrələri xərçəng şişlərinin orqanizmdə yayılmasına kömək edir
ANA SƏHİFƏ / Səhiyyə
10:01 04.01.2018

Amerika alimləri aşkar ediblər ki, döş xərçənginin erkən inkişaf mərhələsində immunositlər (immun sistemi hüceyrələri) xərçəng hüceyrələrinin orqanizm boyunca yayılmasında mühüm rol oynayırlar.

AZƏRTAC “Новости Здоровье Mail.Ru”ya istinadla xəbər verir ki, makrofaqlar – sağlam süd vəzisi toxumalarında olan və südəoxşar kanalları əhatə edən normal immun hüceyrələri - bu kanalların toxumalarda necə şaxələnməsinə cavabdehdirlər.

Daha əvvəl alimlər sübut ediblər ki, makrofaqlar xərçəng hüceyrələrinin orqanizmin digər hissələrinə də yayılmasına kömək edir, bununla da böyük və yaxşı inkişaf etmiş şişlərdə metastaz yaradır. Bu tədqiqatın gedişində bioloqlar aşkar ediblər ki, bu, döş xərçənginin erkən inkişaf mərhələsində, hələ şiş əmələ gəlməmişdən əvvəl baş verir.

Müəlliflər insanlardan, siçanlardan götürülən süd vəzisi toxumasının miniatür və sadə variantı sayılan hüceyrə orqanoidi nümunələrini tədqiq ediblər. Tədqiqatın nəticəsi göstərib ki, xəstəliyin ən erkən dövründə belə makrofaqlar südəoxşar kanallara daxil olaraq, zəncirvarı reaksiya əmələ gətirirlər. Nəticədə xərçəng hüceyrələri kanalları tərk edir və orqanizmdə yayılır.

Əldə edilən məlumatın köməyi ilə alimlər biomarkerləri tanıyacaq və onların köməyi ilə potensial metastazlı pasiyentləri aşkar edə biləcəklər. Bu, xəstəliyin erkən dövründə metastazın qarşısını alacaq yeni terapiyanın işlənib hazırlanmasında ilk addım olacaq.

Amerikanın Maunt-Sinay tibb kompleksinin professoru, doktor Culio Agirre-Gizo deyib: “Tədqiqatımız erkən diaqnostikanın və müalicənin sağalmaya zəmanət verməsi barədə ehkamını şübhə altına qoydu. Biz orqanizmdə xərçəng hüceyrələrinin erkən yayılmasına şərait yaradan mexanizmləri aşkar etdik. Bundan sonrakı işimiz naməlum ilkin lokallaşdırılmış şişdən başlayaraq, xərçəngin erkən yayılmasının müəmmalı prosesini üzə çıxaracaq”.

Müəlliflər qeyd edirlər ki, onların növbəti vəzifəsi xərçəng hüceyrələrinin erkən yayılmasında məhz hansı makrofaqın rol oynamasını tapmaqdır. Onlar həm də xərçəng hüceyrələrinin makrofaqlarla daha çox metastaz əmələ gələn ağciyərlərdə qarşılıqlı əlaqəni və bu əlaqənin qarşısını necə almaq mümkün olduğunu araşdırmaq istəyirlər.