Alternative content

02:18 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gündə üç-dörd fincan qəhvə içməyin faydaları
Gündə üç-dörd fincan qəhvə içməyin faydaları
ANA SƏHİFƏ / Səhiyyə
08:01 03.01.2018

Gündə üç fincan qəhvə içmək insanı diabet, ürək-damar xəstəlikləri, demensiya (ağıl zəifliyi) və xərçəngdən qoruyur.

AZƏRTAC “British Medical Journal” dərgisinə istinadla xəbər verir ki, dünya səviyyəsində aparılan araşdırma çox qəhvə içən insanlarda diabet, ürək-damar xəstəlikləri, demensiya və bəzi xərçəng xəstəliklərinə daha az rast gəlindiyini üzə çıxarıb.

Alimlər hamilə qadınlar istisna olmaqla, gündə üç-dörd fincan qəhvə içmənin bir çox faydasının olduğunu söyləyiblər.

İngiltərənin Southapmton Universitetinin elm adamları 200-dən artıq tədqiqatın nəticələrinə və dünya üzrə aparılan 17 klinik araşdırmaya əsasən, gündə üç-dörd fincan qəhvə içən insanlarda içməyənlərə nisbətən qaraciyər, ikinci tip diabet, demensiya, podaqra xəstəliklərinə, öd kisəsində daşlara daha az rast gəlindiyini, erkən ölüm, ürək-damar sistemi və xərçəng xəstəlikləri (prostat vəzi, endometrial, dəri və qaraciyər xərçəngi) risklərinin isə az olduğunu qeyd ediblər.