Alternative content

05:48 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dişlərin implantasiyası
Dişlərin implantasiyası
ANA SƏHİFƏ / Səhiyyə
12:12 29.12.2017

“Dişlərin implantasiyası dayaq məqsədilə çənəyə və əngə yerləşdirilmiş implantlar üzərində dişlərin hazırlanmasıdır. Hər bir itirilmiş dişi və dişləri implantlarla bərpa etmək mümkündür. Əvvəlki qaydalara əsasən itirilmiş bir dişi bərpa etmək üçün iki qonşu dişi yonmaq lazım gəlirdi və bu, həmin dişlərin zədələnməsi və müəyyən müddətdən sonra itirilməsi ilə nəticələnirdi. İmplantasiya zamanı isə qonşu dişlərə toxunulmur, yalnız itirilmiş diş bərpa edilir və beləliklə yüksək estetik nəticələr əldə edilməklə yanaşı, dişin və diş ətinin təbii forması bərpa olunur”,-deyə implantoloq İlkin Qəribli məlumat verir.

Həkim-stomatoloq AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Tez-tez soruşurlar: çıxan dişin yerinə nə zaman implant qoymaq olar? Əgər hər hansı bir səbəbdən çıxarılmasına göstəriş olan dişin kökü ətrafında kəskin irinli-iltihabi proseslər yoxdursa, dişi çıxarandan dərhal sonra onun yerinə implant yerləşdirmək olar. Yalnız diş yuvasının dərinliyi implant üçün yetərli olmadıqda onu dərinləşdirir və implant bağlayırlar. Buna birbaşa implantasiya deyilir. Digər hallarda diş çıxarılandan orta hesabla 1,5 ay sonra implantasiya aparmaq olar”.

Lakin implantoloq orijinal dişə yaxın olduğuna görə xəstələrin daha çox üstünlük verdiyi implant əməliyyatından əvvəl və sonra diqqət yetirilməli bir sıra məsələlər olduğunu qeyd edir. Onun dediyinə görə, vəzifəsini yerinə yetirə bilməyən və ya əskik dişin yerinə onun funksiyasını yerinə yetirmək üçün düzəldilərək çənə sümüyünə yerləşdirilən süni diş kökü implant bir müalicə üsuludur. Lakin həkim onu da vurğulayır ki, hər hansı xroniki narahatlığı və ya hansısa dərmana qarşı allergiyası olan xəstələrdə müalicədən əvvəl müəyyən təhlillər aparılmalıdır. İmplant əməliyyatından əvvəl verilən dərmanların düzgün istifadə edilməsi də nəticənin uğurlu olmasını təyin edir. Prosesdən əvvəl laxtalanmanı gecikdirən antikoaqulyant dərmanlardan istifadə edilir.

“İmplant müalicəsindən əvvəlki və sonrakı müddətdə ağız və diş sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Əməliyyatdan sonra qanamalar, ilk 24 saat ərzində implant aparılan nahiyə ilə çeynəmənin məhdudlaşdırmaq lazımdır. Əməliyyatdan sonra ağrı keçənə qədər qida və içki qəbul etməyə icazə verilmir, çünki keyləşmiş nahiyənin dişlənməsi yaraların əmələ gəlməsinə səbəb ola bilər. İçki içmək və siqaret çəkmək də bir sıra fəsadlara səbəb ola bilər. İmplant tətbiqi nəticəsində ağrı olarsa, qanı duruldan dərman və diş həkiminin məsləhət bildiyi ağrıkəsicidən istifadə etmək lazımdır. Əməliyyatdan təxminən 24 saat sonra ilıq duzlu, sodalı su ilə ağız boşluğunu yaxalamaq məsləhət görülür, onlar yaranı təmizləyərək sağalmanı sürətləndirir, ağız qoxusunu azaldaraq mikrobların yaranmasına imkan vermir”, -deyə həkim-stomatoloq fikrinə yekun vurub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM